Icma.az
close
up
RU
Həkimlərin maaş artımından daha vacib olan nədir?

Həkimlərin maaş artımından daha vacib olan nədir?

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Əvvəl artım haqqında, sonra daha vacib bir məsələ haqqında...
72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, yaxud ayda 15,75 milyon manat vəsait yönəldiləcək.
Artımlar müxtəlif kateqoriyalar üzrə fərqlənir. Ailə və sahə həkimlərində artım 74%, bəzi təcili yardım həkimlərində 61%, regionlarda uşaq anestezioloq-reanimatoloqlarında isə 107%-ə çatır. Nəticədə ayrı-ayrı həkim kateqoriyalarında aylıq əməkhaqqı 2 000–3 000 manat səviyyəsinə yüksəlir.
Regionlar üçün ayrıca stimulların tətbiqini xüsusilə vacib hesab edirəm. Çünki Bakı ilə müqayisədə regionlarda həm tibbi xidmətlərin imkanları, həm də ixtisaslı həkim təminatı baxımından ciddi fərqlər qalır. Kadr çatışmazlığı olan regionlarda müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlara cəlb olunması baxımından doğru yanaşmadır.
Amma mənim üçün bu islahatın maaş artımından da maraqlı tərəfi başqa bir yenilikdir.
Həkimlərin stimullaşdırıcı ödənişləri artıq pasiyent məmnunluğundan da asılı olacaq.
Pasiyent xidməti 1-dən 5-dək qiymətləndirəcək, aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8-1,2 əmsalı tətbiq ediləcək. Yəni həkimin xəstəni məmnunu etməsindən asılı olaraq, maaşı daha 20 % arta bilər, və ya məmnun etməyən həkim maaşı 20% azala bilər.
Məsələn, aylıq stimullaşdırıcı ödənişi 2 500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2 000 manata endirəcək, 1,2 əmsalı isə 3 000 manata qaldıracaq. Deməli, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnuniyyətinə görə aylıq ödənişi arasında 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər.
Məncə, məhz bu yanaşma maaş artımının özündən də əhəmiyyətlidir.
Çünki dövlət xidmətində əsas məsələ yalnız əməkhaqqının nə qədər olması deyil. Yaxşı və pis xidmət göstərən əməkdaşın (kadrın) eyni qazanmamasıdır.
Bu prinsip yalnız səhiyyədə deyil, vətəndaşa xidmət göstərən digər sahələrdə də tətbiq oluna bilər. Elektrik, qaz və kommunal xidmətlərdən tutmuş təhsil və digər dövlət xidmətlərinə qədər əməkdaşların maddi stimullaşdırılmasının müəyyən hissəsinin xidmət keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqələndirilməsi xidmət səviyyəsinin yüksəlməsinə ciddi təsir edə bilər.
Peşəkar özəl şirkətlər bunu çoxdan edirlər. Çünki əməkdaşın gəliri ilə müştəri məmnunluğu arasında düzgün əlaqə qurulanda xidmət keyfiyyəti artıq yalnız rəhbərliyin tələbi deyil, əməkdaşın şəxsi iqtisadi marağına çevrilir.
Dövlət xidmətlərində də vətəndaş həmin xidmətin istehlakçısıdır. Ona görə də hamıya eyni ödəniş yanaşmasından nəticəyə görə diferensial ödəniş modelinə keçid təkcə səhiyyə üçün deyil, bütövlükdə dövlət xidmətlərinin keyfiyyətinin artırılması baxımından perspektivli yanaşmadır.
Təbii ki, burada bir şərt xüsusilə vacibdir. Pasiyent məmnunluğunun ölçülməsi obyektiv, kifayət qədər geniş qiymətləndirməyə əsaslanan və manipulyasiya imkanlarını minimuma endirən sistem üzərində qurulmalıdır. Əks halda yaxşı ideyanın özü düzgün olmayan qiymətləndirmədən zərər görə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Sentyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri