Icma.az
close
up
RU
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər

Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçiləri ixtisas dərəcələrinə və peşəkarlıq səviyyələrinə uyğun olaraq aylıq vəzifə maaşlarına 10, 15 və ya 25 faiz əlavə haqq ala bilərlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunun üçün onlara ikinci, birinci və ya ali ixtisas dərəcəsi verilməlidir. İxtisas dərəcəsi 5 il müddətinə qüvvədə olur və onun verilməsi tibb işçisinin sertifikasiyasının nəticələrinə əsasən müəyyən edilir.

Qaydalara əsasən, ali ixtisas dərəcəsi olan tibb işçilərinə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsi olanlara 15 faizi, ikinci ixtisas dərəcəsi olanlara isə 10 faizi həcmində aylıq əlavə haqq ödənilir.

Əlavə haqq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə, dərəcənin alındığı aydan sonrakı ay başlayaraq ödənilir. Sonuncu ay da tam nəzərə alınır. Tibb işçisi iş yerini dəyişdikdə isə onun ixtisas dərəcəsi saxlanılır.

İxtisas dərəcəsi almaq üçün Naxçıvanda səhiyyə müəssisələrində çalışan ali və orta təhsilli tibb işçilərinin ixtisasları üzrə azı 5 il əmək stajı olmalıdır. Dərəcələr ardıcıllıqla - ikinci, birinci və daha sonra ali ixtisas dərəcəsi üzrə verilir.

İkinci ixtisas dərəcəsi almaq üçün mütəxəssisin ixtisası üzrə 5 il iş stajı olmalı, tutduğu vəzifədə sərbəst fəaliyyət göstərməli və iş yerindən müsbət xarakterizə olunmalıdır.

Birinci ixtisas dərəcəsi üçün ixtisas üzrə 10 ildən artıq iş stajı, sərbəst fəaliyyət göstərmək bacarığı, ixtisasa aid müxtəlif tədbirlərdə iştirak və iş yerindən müsbət xarakteristika tələb olunur.

Ali ixtisas dərəcəsi almaq istəyən tibb işçisinin isə ixtisası üzrə 15 ildən artıq stajı olmalı, yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərmək bacarığı və elmi-praktik konfranslarda iştirak təcrübəsi nəzərə alınmalıdır. Namizədin iş yerindən müsbət xarakteristikası da tələb olunur.

Bundan əlavə, İxtisas Komissiyası namizədin tibb üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, rezidenturanı bitirməsini və elmi məqalələrinin dərc edilməsini də nəzərə alır.

İxtisas dərəcəsi almaq istəyən tibb işçisi sertifikasiya üçün təqdim etdiyi sənədlərlə yanaşı, ixtisası üzrə son 5 illik fəaliyyəti barədə hesabatı və xasiyyətnaməni də təqdim etməlidir. Hər iki sənəd müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir.

İxtisas Komissiyasının üzvləri hesabatla tanış olur, tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyənləşdirmək üçün onun ixtisasına aid suallar verirlər. Komissiya namizədə ixtisas dərəcəsinin verilməsi, mövcud dərəcəsinin təsdiqlənməsi və ya dəyişdirilməsi barədə rəy hazırlayır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə qərarı İxtisas Komissiyalarının rəyi əsasında qəbul edir. Komissiyanın rəyi sədri, katibi və üzvləri tərəfindən imzalanaraq təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə ixtisas dərəcəsini təsdiq edən şəhadətnamə verilir.

İxtisas dərəcəsinin verilməsi ilə bağlı mübahisəli məsələlərə qanunvericiliyə uyğun qaydada məhkəmədə baxılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri