Icma.az
close
up
RU
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?

Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçilərinin aylıq vəzifə maaşlarına ixtisas dərəcələrindən və peşəkarlıq səviyyələrindən asılı olaraq 10, 15 və ya 25 faiz əlavə haqq ödənilə bilər.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, bunun üçün tibb işçisinə ikinci, birinci və ya ali ixtisas dərəcəsi verilməlidir. İxtisas dərəcəsi beş il müddətində qüvvədə olur və onun verilməsi tibb işçisinin sertifikasiyasının nəticələri əsasında müəyyən edilir.

Qaydalara əsasən, ali ixtisas dərəcəsi olan tibb işçilərinə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsi olanlara 15 faizi, ikinci ixtisas dərəcəsi olanlara isə 10 faizi həcmində aylıq əlavə haqq ödənilir. pizza

Əlavə haqq ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə, dərəcənin verildiyi aydan sonrakı ay başlayaraq ödənilir. Hesablamada sonuncu ay da tam nəzərə alınır. Tibb işçisi iş yerini dəyişdikdə onun ixtisas dərəcəsi saxlanılır.

İxtisas dərəcəsi almaq üçün Naxçıvanın səhiyyə müəssisələrində çalışan ali və orta tibb təhsilli işçilərin müvafiq ixtisas üzrə azı beş il əmək stajı olmalıdır. Dərəcələr ardıcıllıqla - ikinci, birinci və daha sonra ali ixtisas dərəcəsi üzrə verilir.

İkinci ixtisas dərəcəsini almaq üçün mütəxəssisin müvafiq ixtisas üzrə beş il iş stajı olmalı, tutduğu vəzifədə sərbəst fəaliyyət göstərməli və iş yerindən müsbət xarakteristika almalıdır.

Birinci ixtisas dərəcəsi üçün ixtisas üzrə 10 ildən artıq iş stajı, sərbəst fəaliyyət göstərmək bacarığı, ixtisasa aid müxtəlif tədbirlərdə iştirak və iş yerindən müsbət xarakteristika tələb olunur.

Ali ixtisas dərəcəsi almaq istəyən tibb işçisinin isə müvafiq ixtisas üzrə 15 ildən artıq iş stajı olmalı, yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərmək bacarığı və elmi-praktik konfranslarda iştirak təcrübəsi nəzərə alınmalıdır. Namizədin iş yerindən müsbət xarakteristikası da tələb olunur.

Bundan əlavə, İxtisas Komissiyası namizədin tibb üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olmasını, rezidenturanı bitirməsini və elmi məqalələrinin dərc edilməsini də nəzərə alır.

İxtisas dərəcəsi almaq istəyən tibb işçisi sertifikasiya üçün təqdim etdiyi sənədlərlə yanaşı, ixtisası üzrə son beş ildəki fəaliyyəti barədə hesabatı və xasiyyətnaməni də təqdim etməlidir. Hər iki sənəd müəssisənin möhürü və rəhbərinin imzası ilə təsdiqlənməlidir.

İxtisas Komissiyasının üzvləri hesabatla tanış olur, tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyənləşdirmək üçün ona ixtisasına aid suallar verirlər. Komissiya namizədə ixtisas dərəcəsinin verilməsi, mövcud dərəcəsinin təsdiqlənməsi və ya dəyişdirilməsi barədə rəy hazırlayır.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi barədə qərarı İxtisas Komissiyasının rəyi əsasında qəbul edir. Komissiyanın rəyi sədr, katib və üzvlər tərəfindən imzalanaraq təsdiq üçün Nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə ixtisas dərəcəsini təsdiq edən şəhadətnamə verilir.

İxtisas dərəcəsinin verilməsi ilə bağlı mübahisəli məsələlərə qanunvericiliyə uyğun olaraq məhkəmədə baxılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Oktyabr 2026 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri