Icma.az
close
up
RU
Həkimlərin ödənişi belə hesablanacaq RƏSMİ

Həkimlərin ödənişi belə hesablanacaq RƏSMİ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı və tənzimləmə mexanizmi tətbiq olunub. 

Yeni qaydaya əsasən həkimlərin stimullaşdırıcı ödənişləri artıq pasiyent məmnunluğundan da asılı olacaq. 

Pasiyent məmnuniyyəti necə öyrəniləcək və bununla bağlı mexanizm varmı? 

Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-a bildirilib ki, “Səhiyyə işçilərinə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələrin hesablanması Qaydası”na əsasən, ambulator baxış, endoskopiya, rentgenoqrafiya, mammoqrafiya, flüoroqrafiya, biopsiya, USM, EEQ, EMQ, EXO və EKQ) icra edən həkimlərə hər ay müəyyən edilmiş məbləğdə həvəsləndirici əlavə müəyyən edilir: 

“Bu məbləğ həkim üzrə həmin ay göstərilən xidmətlərin sayına əsasən pilləli cədvəl üzrə hesablanır “Lakin yekun əlavə bu sabit rəqəmlə məhdudlaşmır: 

Qaydaya əsasən sabit məbləğə, pasiyentlərin məmnuniyyət qiymətləndirmələrinə söykənən bir əmsal da tətbiq olunur və yekun əlavə bu iki kəmiyyətin hasili kimi formalaşır (Əlavə = Sabit məbləğ × Məmnuniyyət əmsalı). 

Məmnuniyyət əmsalının formalaşması Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən aparılan ekspertizadan əvvəl hər bir həkim üzrə aylıq toplanan pasiyent qiymətləndirmələri əsasında həyata keçiriləcək: 

hər qiymətləndirmə 1-dən 5-dək bal şkalası üzrə pasiyent tərəfindən mygov vasitəsilə verilir və konkret bir həkimə aid edilir. Təqvim ayının sonunda həmin ay ərzində müvafiq həkim üzrə toplanmış bütün qiymətləndirmələrin sadə ortalaması hesablanır, yəni bütün balların cəmi qiymətləndirmələrin sayına bölünür.

Bu nəticə xam bal adlandırılır və növbəti mərhələdə yuvarlaqlaşdırılaraq əmsalın müəyyən edilməsi üçün istifadə olunur”. 

Yuvarlaqlaşdırılmış aylıq ortalama bal əsasında, məmnuniyyət balına müvafiq olaraq 0,80–1,20 aralığında məmnuniyyət əmsalı müəyyən edilir: 

“Bununla belə, 0,80–1,20 aralığında əmsalın tətbiq oluna bilməsi üçün mühüm bir şərt mövcuddur: həkim üzrə həmin ay toplanmış qiymətləndirmələrin sayı, onun eyni ay ərzində göstərdiyi müvafiq tibbi xidmətlərin faktiki sayının 15 faizindən az olmamalıdır. 

Əgər toplanmış qiymətləndirmələrin sayı bu 15 faizlik həddə çatmırsa, qeyd olunan əmsallar tətbiq edilmir və onun əvəzinə aşağıdakı, fərqli 1,00 – 0,80 aralığında əmsallardan istifadə olunur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: həkimlər ödəniş

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri