Icma.az
close
up
RU
Həkimlərin şikayəti ilə bağlı rəsmi açıqlama

Həkimlərin şikayəti ilə bağlı rəsmi açıqlama

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nərimanov Tibb Mərkəzinin (keçmiş 5 saylı xəstəxana) əsas binası təmirə bağlandıqdan sonra artıq 4–5 ildir ki, fəaliyyətimizi müvəqqəti olaraq istismar müddəti başa vurmuş, yararsız, şəraitsiz 6 saylı Uşaq Xəstəxanasının binasında davam etdiririk. İllərdir 8–9 həkim çox kiçik otaqda çalışmaq məcburiyyətində qalaraq təmirin başa çatmasını və öz binamıza qayıtmağımızı ümidlə gözləmişik. İndi təmir yekunlaşıb və məlum olub ki, bizi ora köçürməyəcəklər”.

Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Nərimanov Tibb Mərkəzinin bir qrup əməkdaşı müraciət edib. 

Onlar gələcək aqibətləri ilə bağlı narahatlıq keçirdiklərini bildiriblər:“Nərimanov Tibb Mərkəzinin əsas binasının təmiri artıq yekunlaşıb. Lakin bizi həmin binaya köçürmək əvəzinə, təmirdən çıxmış Nərimanov Tibb Mərkəzinin binasını yeni yaradılacaq Pediatriya Mərkəzinə təhvil verirlər və bu bina artıq Nərimanov Tibb Mərkəzi kimi fəaliyyət göstərməyəcəyini bildirirlər. Əgər bu məlumat doğrudursa, bizim taleyimiz barədə heç bir rəsmi məlumat verilməyib. 

Hazırda fəaliyyət göstərdiyimiz 6 saylı Uşaq Xəstəxanasının binası uzun illərdir istismar olunur və buranın şəraiti qətiyyən tibb ocağı kimi fəaliyyət göstərməyə cavab vermir. Bu isə həm tibbi personalının işinə, həm də vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Nərimanov Tibb Mərkəzinin kollektivi olaraq, son 4–5 il ərzində bütün çətinliklərə səbir və məsuliyyətlə dözmüşük. Darısqal, yararsız otaqlarda, qış aylarında soyuq, yay aylarında isə həddindən artıq isti şəraitdə çalışmışıq. Bütün bu çətinliklərə yalnız bir ümidlə qatlaşmışıq – 2026-cı ildə təmiri başa çatmış öz doğma binamıza, Nərimanov Tibb Mərkəzinə qayıdacağımıza inanmışıq. Bu müddət ərzində Nərimanov rayonunun sakinləri olan xəstələrimizə də söz vermişik ki, yaxın zamanda onları müasir standartlara cavab verən, geniş və rahat qəbul otaqlarında müayinə edəcək, təmiz, təhlükəsiz və tam təchiz olunmuş palatalarda müalicə edəcəyik. 

Bu gün isə öyrənirik ki, bütün gözləntilərimiz puça çıxa bilər və təmirdən çıxmış bina bizə verilməyə bilər. Bu xəbər kollektivdə böyük narahatlıq və məyusluq yaradıb”.
Şikayətçilər aidiyyəti dövlət qurumlarından kollektivin illərlə gözlədiyi hüququnun təmin edilməsini və əvvəlki binaya – təmirdən çıxmış Nərimanov Tibb Mərkəzinə köçürülmələrini istəyirlər.

Nərimanov Tibb Mərkəzi gələcəkdə fəaliyyətini harada davam etdirəcək? Əməkdaşlar hansı tibb müəssisəsinə köçürüləcək? Təmir olunmuş bina Pediatriya Mərkəzinə veriləcəkmi?

Bu suallarla bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, TƏBİB tərəfindən tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir: “Bu proses çərçivəsində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, ayrı-ayrı xidmətlərin daha səmərəli təşkili və səhiyyə sisteminin mövcud ehtiyaclarına uyğun inkişaf istiqamətləri qiymətləndirilir.

Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir. Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdən keçirilir.

Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də bu ümumi proses çərçivəsində dəyərləndirilir. Hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı hər hansı yekun qərar qəbul edilməyib”.

Qurumdan həmçinin bildirilib ki, gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyəti qaydada məlumatlandırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri