Həkimlərlə bağlı bu qərar yenidən nəzərdən keçirilməlidir Ombudsman
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə rəyində sosial ədalətin və hüquqi mexanizmlərin gücləndirilməsi istiqamətində bir sıra vacib təkliflər təqdim edib.
Modern.az xəbər verir ki, təklif parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Ombudsman bildirib ki, kənd yerlərində tibbi kadrların cəlb olunması üçün nəzərdə tutulan maliyyə təminatlarının yenilənməsi zəruridir. Bu məqsədlə “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin 5 avqust 2009-cu il tarixli Qərarı ilə müəyyən edilən maliyyə təminatları dövrün sosial-iqtisadi tələblərinə uyğun olaraq yenidən nəzərdən keçirilməlidir.
Bununla yanaşı, Səbinə Əliyeva cinayət mühakimə icraatında iştirak edən mütəxəssis, ekspert və tərcüməçilərə ödənilən məbləğlərin artırılmasının vacibliyini qeyd edib. O, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan, hazırda hər iş saatı üçün cəmi 35 qəpik olan məbləğin real əmək bazarı şəraitinə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Ombudsman həmçinin borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrasının təmin edilməsi məsələsinə toxunub. Onun sözlərinə görə, bu istiqamətdə borcun ödənilməsini tənzimləmək və icranın vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə dövlət büdcəsində müvafiq maliyyə vəsaitləri nəzərdə tutulmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















