Yenidən Ombudsman oldu
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Axşam.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. Belə ki, 100 deputat məsələnin lehinə səs verib.
Ceyhun Qaracayevə 13, Elşanə Vəliyevaya isə 8 səs verilib.
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva olub.
Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva bu vəzifəyə 29 noyabr 2019-cu ildə seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Noyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















