Icma.az
close
up
RU
Həkimlik yoxdur, ədəbiyyat var Ölümündən sonra məşhurlaşan yazıçı

Həkimlik yoxdur, ədəbiyyat var Ölümündən sonra məşhurlaşan yazıçı

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün görkəmli yapon yazıçı Kobo Abenin anım günüdür.

Kulis.az Azər Qismətin "Sirli Abe" adlı yazısını təqdim edir.

Sirli, qapalı, həm də qeyri-adi üslublu, ədəbiyyatda yeni yol açan Kobo Abe. O, 1924-cü ilin martında Yaponiyada doğulub. Yazıçı, dramaturq və ssenarist. İkinci Dünya müharibəsindən sonra incəsənətdə avanqardın Yaponiya üzrə lideri. Onun mövzularının əsas mahiyyətini müasir dünyada insanın özünü tapması təşkil edir. "Qadın qumluqda", "Özgə sifət", "Yandırılmış xəritə", "Gil divar" əsərləri ilə qızıl fonda daxil olan yazıçı dəfələrlə kinorejissorların da marağını cəlb edib. Ötən əsrin 60-cı illərində rejissor Hirosi Tesiqahar adıçəkilən əsərləri ekranlaşdırıb.

Yazıçı uşaqlıq illərini Mancuriyada keçirib. Səbəbi belə idi ki, 1940-cı ildə həmin bölgədə orta məktəbi bitirmişdi. İlkin təhsildən sonra yenidən Yaponiyaya qayıdıb. 1943-cü ildə Tokio İmperator Universitetinin tibb fakültəsinə daxil olub. Hələ tələbə ikən, 1947-ci ildə rəssam Mati Abe ilə ailə həyatı qurub. Lev Tolstoyun həyat yoldaşı kimi Mati Abe də onun əsərlərinin qaralamasını ağ vərəqlərə köçürər, həmçinin əsərlərinin teatrdakı dekorasiyası işinə köməklik göstərərmiş. Bəlkə 1948-ci ildə aldığı pis xəbər olmasaydı, Abe ədəbiyyata gəlməyəcəkdi. Universitetdən bildiriblər ki, "ümumi nəticəyə əsasən təhsiliniz kafi qiymətləndirilib. Məhz bu səbəbdən praktiki cəhətdən həkimlik fəaliyyəti ilə məşğul ola bilməzsiniz. Belə olan surətdə həyat yoldaşı Mati onu sakitləşdirib: "Həkimlik yoxdur, ədəbiyyat var". Doğru deyiblər ki, hər bir uğurlu kişinin arxasında dəstək verən həyat yoldaşı olar. Abe ömür-gün yoldaşının sözlərindən yaxşı mənada təsirlənib. Və 1947-ci ildə başladığı "Anonim şeirlər" külliyyatını davam etdirib. 62 səhifəlik kitabı öz hesabına dərc etdirməyə nail olub. İlk qələm məhsullarında Rilke poeziyasının və Haydeqqer fəlsəfəsinin sirayəti duyulub. Tənqidçilər əsasən Rilke və Haydeggeri çox vurğulayırdılar. Amma çox az sayda tənqidçilər onun ilk əsərinə nəzər yetirirdilər. Dünyanın əksər tənqidçiləri tanınmayanların əsərlərinə çox da nəzər salmır, bu həmişə belə olub. Elə ona görə də Kobo Abe yaradıcılığı qismən kənarda qaldı. Ancaq ona alman dilindən dərs deyən məşhur tənqidçi və filoloq Rokuro Abe yazıçının "Gil divar" əsərini nəzərdən qaçırmadı. Maraqlı fakt ondan ibarətdir ki, Rokuro Kobo Abe barədə yazarkən başqa tənqidçilər onu qınayıb: "Çox da tanınmayan və çox da güclü yazmayan gəncin tam təəssürat oyatmayan yaradıcılığına müraciət etməyiniz müəmma doğurur". Əlbəttə ki, tənqidçi Rokuro Abenin gəncdə tutduğu işığı az insan görə bilərdi. Bunun üçün geniş təxəyyülə malik oxucu olmaq da kifayət idi. Lakin ovaxtkı yapon tənqidçilər Kobo Abedə məhz nəyin gizləndiyini açmağı bacarmırdılar. Yaxın gələcək sübut edəcəkdi ki, tanınmış insan yanılmayıb. 3 cilddən ibarət "Gil divar" əsərindəki hadisələr tənqidçini mütəəssir hala gətirib. Gənc yapon doğma şəhəri ilə əlaqələrini kəsir, uzaqlara gedir, lakin mancuriyalı quldur dəstəsinə əsir düşür. Rokuro Abe əsəri "Müasir ədəbiyyat" jurnalının yaradıcısı Yutake Haniyə göndərir. Əsərin birinci cildi "İndividual" jurnalında dərc edilir. Yazıçının istedadını görüb onu "Gecə" adlı ədəbi birliyə üzv götürürlər. "Gil divar" əsəri isə Yutake Hani və bir neçə nəfərin köməkliyi ilə kitab formasında dərc edilir.

Kobo Abe sakit insan təsiri bağışlasa da, hərdən inqilabi çağırışlarla çıxış edirdi. Bu çağırışlar yalnız ədəbiyyata aid idi. O, ilk kitabının dərcindən sonra oxucularına müraciət etdi ki, gerçəkliyə qarşı protest etsinlər. "Gecə" ədəbi birliyində əsərlərini səsləndirən Abe getdikcə hiss etməyə başladı ki, bura sığmır. Bu, lovğalıqdan irəli gəlmirdi. Çünki öz ədəbi üslubu var idi və belə birliklər yaradıcılığı ilə uzlaşmırdı. Nəticədə 1950-ci ildə Hirosi Tesiqahar və Siniti Seqi ilə "Əsr" ədəbi birliyini yaratdı.

1951-ci ildə "Müasir ədəbiyyat" jurnalında yazıçının "Divar. S.Karmanın cinayəti" adlı povesti dərc edildi. Belə qeyri-ordenar əsər yapon oxucusunda böyük iz buraxdı. Anlaşıldı ki, günçıxar ölkənin yeni günəşi doğulub. Fevralda dərc edilən povest geniş müzakirələrə səbəb oldu. Elə həmin il povest "Akutaqava" mükafatına layiq görüldü. Bu mükafatı verənə qədər münsiflər heyəti arasında qızğın müzakirə getdi. Tanınmış ədəbiyyatşünas və tənqidçi Kodzi Uno əsəri tənqid edərək Kobe Abeyə "Akutaqava" mükafatının verilməsini lazım bilmədi. Seçim zamanı digər münsiflər Yasunari Kavabata və Kosaku Takinin əsaslandırılmış çıxışları və dəstəyi olmasaydı, Kobo Abe "Akutaqava" mükafatına layiq görülməyəcəkdi.

1962-ci ildə rejissor Tesiqahara Abenin ssenarisi əsasında film çəkdi. Filmin uğurundan sonra daha 3 əsərinə müraciət etdi. Kobo Abenin kino və teatr yaradıcılığı bununla yekunlaşmadı. O, özünün "Abe Kobo Studiyası" adlı teatrını yaratdı. Bu o demək idi ki, yazıçı dramaturji fəaliyyətlə ciddi şəkildə məşğul olacaq. Aktyor və rejissor heyətinin toplanmasına da özü nəzarət etdi. Kobo seçim zamanı izah edirdi ki, onun teatrı fəlsəfi xarakter daşıyır: "Siz aktyorlar qeyri-adi oyunlarınız ilə teatr sənətinə yenilik gətirməlisiniz". Eksperimental kollektivin çıxışını təkcə Yaponiya tamaşaçıları izləmədi, ölkə hüdudlarını aşdı. 1979-cu ildə Abenin "Fil balası öldü" pyesi əsasında hazırlanan tamaşa ABŞ-da nümayiş etdirildi. Öz Vətənində olduğu kimi Amerikada da Abe teatrının qeyri-ənənəvi çıxışı geniş rezonans doğurdu və tənqidlərlə üzləşdi. Ümumiyyətlə, Abe teatrının səfər etdiyi ölkələrdə bu proses eyniliklə təkrarlanırdı. Söhbət tənqid dolu məqalələrdən gedir. Tənqid tərifi üstələyirdi. Bütün bunlardan bezən Abe getdikcə vaxt ayırmadı və 1980-ci illərdə teatr öz mövcudiyyətini itirdi.

Abe hər zaman axtarışda olub. Bir üslub yaradıb onun kölgəsində durmayıb. Hər zaman dünya yazıçılarının əsərlərini oxuyub, filosofların fəlsəfi fikirlərini dərindən araşdırıb. 1981-ci ildə Abe alman yazıçısı Elias Kanettinin yaradıcılığına nəzər salıb. Dostu Donald Kin isə ona Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin kitablarını oxumağı məsləhət görüb. Kanetti və Markesin əsərləri Abedə elə bir təəssürat oyadıb ki, ədəbi birliklərdə bu barədə danışıb, yazıçı dostları ilə müzakirələr aparıb. Hətta dəvət edildiyi televiziya verilişlərində, oxucularla görüşlərdə də böyük məmnuniyyətlə adıçəkilən yazıçıların yaradıcılığından danışar, onların kitablarını oxumağı tövsiyə edərmiş.

Kobo Abe 1992-ci ilin dekabrın 25-də beyninə qan sızması nəticəsində qospitilizə olundu. Xəstəxanadan qayıtdıqdan sonra sağlamlıq durumu yaxşı olsa da, 1993-cü lin yanvarın 20-də halı yenidən pisləşdi. Nəticədə yanvarın 22-də dünya 68 yaşlı işıqlı yazıçını itirdi. Kendzaburo Oe xatirələrində Kobo Abeni Kafka və Folknerlə bir siyahıda qoyaraq, onu dünya ədəbiyyatına inanılmaz töhfə verdiyini yazdı. 1994-cü ildə Nobel mükafatı alan Oenin xatirəsi belə bitirdi: "Abe bir az da yaşasaydı, Nobel mükafatı alacaqdı".

Ölümündən sonra Abe daha çox araşdırma müstəvisinə keçirildi. Həyatındakı müxtəlif faktlar onu deməyə əsas verir ki, Abe həmişə yenilikçi olub. Məsələn, ilk dəfə məhz o, 1984-cü ildən etibarən yapon yazıçıları arasında öz mətnlərini mətn prosessoru avadanlığında yazıb. Onun musiqi ehtirası isə həmişə fərqli olub. "Pink Floyd" qrupunun pərəstişkarı olan yazıçı Bel Bartokun da mahnılarını dinləyib. Yenilikçi Abe istehsal edilənlərin ən birincisini alarmış. Yaponiya sakinləri arasında yalnız o, ilk dəfə sintezator alıb və ifa etməyi öyrənib. Abe həm də fotoqrafiya ilə də məşğul olub. Onun fotoları neçə il əvvəl nümayiş etdirilən sərgidə baha qiymətə alınmışdı. Yazıçı çəkdiyi fotoları kitablarının illüstrasiyalarında da istifadə edib.

"Qadın qumluqda", "Gil divar" əsərlərinin müəllifi Abeni digərlərindn fərqləndirən əsas xüsusiyyət onun qəhrəmanlarının labirintə düşməsi, oradan necə çıxmasına yönələn fədakarlıqdır. Abe özünün yaradıcılığını düz xətlə aparmayıb. Əyri yollar, dolanbaclar, sonra ilkə qayıtmaq və məntiqi tutmaq. Məhz bu idi Abe yaradıcılığını daha maraqlı edən, bu günümüzdə də tükəndirməyən.

“Ledi Maqbet” tamaşası yenidən Azdramanın səhnəsində “Nağılların audiovizual təqdimatı” layihəsi “Məlikməmməd” nağılı ilə davam etdi Rejissor təcavüzdə günahlandırılıb - Səbəb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri