Icma.az
close
up
RU
Həkimlik və idarəçilik vəhdəti

Həkimlik və idarəçilik vəhdəti

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu məqalənin yaranmasına səbəb Abşeron rayonunun sakini, qazi atası Talıb Cavadov olmuşdur. O, söhbət zamanı oğlu Sərvinin İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunda gedən döyüşlərdə ciddi kəllə-beyin travması aldığını söylədi. Bildirdi ki, Sərvin qazi kimi tərxis olunduqdan sonra hərbi hospitalda xeyli müddət müalicə aldı. Lakin sağlamlığı bərpa olunmadı. Soraqlaşıb ayrı-ayrı həkimlərə müraciət etdik, amma ciddi fayda vermədi. Gecə-gündüzümüz yox idi. Spazması tutanda onu sakitləşdirə bilmirdik. 

Yaxınlarımızdan biri Tibb Universitetində professor Gəray Gəraybəyliyə müraciət etməyimizi məsləhət gördü. Öyrəndik ki, o, rektordur. Lakin həftənin tək günlərində universitetin Tədris-Terapevtik Klinikasında ambulator müalicə alanları müayinə edir. Qəbulda olarkən professor öyrəndiki, gözləyənlərin arasında Vətən müharibəsi iştirakçısı -qazi var, ilk növbədə onu içəri dəvət etdi. Bizi çox mehriban qarşılayan bu gülərüz loğman pasiyentlə - Sərvinlə elə dialoq yaratdı ki, guya onlar bir-birlərini çoxdan tanıyırlarmış. Bax, belə yanaşma ilə, şirin söhbətlə müayinəni bitirərək onun xəstəliyinin dərəcəsini müəyyənləşdirib dərman üçün resept yazdı, müalicə kursuna başlandığını, preparatların qəbul qaydalarını, növbəti müayinə gününü bildirdi və bizi xoş hisslərlə yola saldı. 

Müalicə kursu uzunmüddətli olduğu üçün vaxtaşırı professor Gəray Gəraybəylinin qəbuluna gedirik. Oğlum artıq müalicənin müsbət nəticəsini hiss edir. Onun sağlamlığı müəyyən qədər yaxşılaşmışdır.

Bu söhbəti dinləyərkən illər öncə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının keçmiş müdiri, tibb elmləri doktoru, "Şöhrət" ordenli professor Ağabəy Sultanovun (Hacıağa Sultanov) Gəray Gəraybəyli haqqında söylədiyi fikirlər yadıma düşdü. Mən 2006-cı ildə rəhmətlik Ağabəy müəllimin 70 illik yubileyi münasibətilə "Bakı" qəzeti üçün məqalə hazırlayarkən o, demişdir: "Universitetimizdə bilikli alimlərimiz, savadlı müəllim-həkimlərimiz çoxdur. Mənim rəhbərlik etdiyim kafedrada da ümidverici kadrlar yetişir. Dosent Gəray Gəraybəylinin işgüzarlığını xüsusi qeyd etmək istəyirəm. O əsl həkimlik nümunəsi göstərməklə, elmi araşdırmalarının dərinliyi ilə diqqət çəkir. Mən onun parlaq gələcəyinə inanıram". Şöhrət ordenli professor Ağabəy Sultanov həqiqəti danışırdı.

Gəray Gəraybəylinin keçdiyi yola qısaca nəzər saldıqda bu fikirlərin doğruluğunun şahidi olursan. O, orta məktəbi "Qızıl" medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunmuş və orada yalnız əla qiymətlərlə oxumuş, qırmızı diplom almışdır. 1992-ci ildə Universiteti bitirdikdən sonra fəaliyyətini bu təhsil və elm ocağına bağlamışdır.

Psixiatriya kafedrasına baş laborant vəzifəsinə işə götürülən G.Gəraybəyli pillə-pillə yüksəlmişdir. 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə professor elmi adına layiq görülmüşdür. 2014-cü ildən isə Universitetin rektoru vəzifəsindədir.O, hansı işdə çalışmışdırsa, onun məsuliyyətini dərk etmiş və öhdəsindən layiqincə gəlmişdir. Qəray Gəraybəyli həkimlik təcrübəsinin, pedaqoji biliyinin, elmi düşüncələrinin, idarəçilik qabiliyyətinin vəhdətindən bəhrələnən ziyalıdır. Fəaliyyətini qazandığı uğurlarla məhdudlaşdırmır. Hər zaman bilik və təcrübəsini artırmağa, dövrün tələblərinə uyğun islahatlar aparmağa çalışır.

Həm klassik tibb təhsili üsullarından yararlanmağı, həm müasir tibb təhsilinin geniş tətbiq edilməsini, həmçinin innovativ metodların yayılmasını mühüm amillərdən hesab edən yenilikçi alim-rektor Azərbaycan tibb təhsilinin beynəlxalq səviyyədə tanınması üçün böyük səylər göstərmişdir. Bu işi hazırda da müvəffəqiyyətlə davam etdirir. Onun müxtəlif xarici ölkələrdə keçirilən simpozium, konqres və konfranslarda iştirak etməsi də bu problemin həllinə öz müsbət təsirini göstərir. Professor G. Gəraybəyli bir neçə dövlətdə olmuş, ölkəmizi təmsil etmişdir. Onun beynəlxalq elmi məclislərdə etdiyi məruzələr, verdiyi təkliflər ciddi müzakirələrə səbəb olmuşdur. Türkiyə, Almaniya, Rusiya, ABŞ alimin iştirak etdiyi simpoziumların keçirildiyi ölkələrin tam siyahısı deyil. G. Gəraybəylinin ABŞ Dövlət Departamentinin Fulbright Proqramı çərçivəsində Cənubi Koreya Universitetində elmi ezamiyyətdə olmasıda faydalı tədbirlərdən sayılır. Onun Avropa Tibb Təhsili Şəbəkəsinin, Türk Dünyası Tibb Cəmiyyətinin üzvü olması məhz alimin istedadının, təşkilatçılıq qabiliyyətinin təzahürüdür.

Görkəmli alim topladığı təcrübəni, öyrəndiyi bilikləri öz yaddaşınındərinliklərində gizlədib saxlamır. Onları elmi məqalələrlə, auditoriyalarda çıxışları ilə geniş oxucu kütləsinə, ictimaiyyətə çatdırır. Yeri gəlmişkən, professorun 70-dən çox elmi məqaləsi, bir çox monoqrafiyası, dərs vəsaiti, tədris-metodik, metodik tövsiyələri işıq üzü görmüşdür. Alimin məqalələri təkcə respublikamızda deyil, bir çox xarici ölkələrdə çap olunmuşdur. 

Professor Gəray Gəraybəyli eyni zamanda gənc elmi kadrların hazırlanması işində də ciddi yanaşan alimdir. Onun elmi rəhbərliyi ilə onlarca fəlsəfə doktoru və elmlər doktoru yetişmişdir. 

Bəli, son illər Tibb Universitetinin həyatında böyük dəyişikliklər olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə iki - Tədris-Terapevtik və Cərrahiyyə Klinikası yaradılmışdır. Bu tədris və müalicə müəssisələrində nümunəvi şərait hökm sürür. Hər iki klinikanın laboratoriyaları, əməliyyat blokları, müayinə və digər köməkçi otaqları Almaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə, ABŞ istehsalı olan müasir tibbi avadanlıqla təchiz edilmişdir. Yaradılan nümunəvi şəraitdən, ölkə rəhbərliyinin göstərdiyi qayğı və diqqətdən məmnun qalan çoxsaylı professor-müəllim kollektivinin,rektor Gəray Gəraybəylinin fəaliyyəti göz qabağındadır, qənaətbəxşdir.Tədris prosesində, digər sahələrdə müasir iş metodları, yeniliklər tətbiq edilir. Müasir laboratoriyaların, elektron təhsil platformalarının, simulyasiya mərkəzlərinin yaradılması tədrisin keyfiyyətinə müsbət təsir göstərir.Universitetdə tədris proqramlarının Avropa standartlarına uyğunlaşdırılması prosesi məhz Gəray Gəraybəylinin səyi nəticəsində təşəkkül tapmışdır. Bu vacib məsələnin həyata keçirilməsinin nəticəsidir ki, onlarca tələbə, elmi araşdırmaçı inkişaf etmiş ölkənin tədris ocaqlarında, tibb müəssisələrində təcrübə keçir, biliklərini artırır. Gəray Gəraybəyli bütün bu nailiyyətləri, professor-müəllim heyətinin, bütün kollektivin uğurları hesab edir. 

Burada mən Tədris-TerapevtikKlinikanın fəaliyyətinə qısaca ekskurs etmək istəyirəm. Məlum olduğu kimi, əvvəllər paytaxtımızın müxtəlif guşələrində pərakəndə halda yerləşən onlarca kafedra və qurum hazırda ondördmərtəbəlibu müasir klinikada məskunlaşmış, səmərəli fəaliyyət göstərir. 

Gələcək həkimlərin, gənc alimlərin yetişdirilməsi, pasiyentlərin müayinə və müalicəsi ilə onlarca alim - professor, dosent, assistent, təcrübəli həkimlər məşğul olurlar. Onların böyük əksəriyyəti, zəngin təcrübəyə malik bilikli mütəxəssisdir.

Bütün həyat və yaradıcılıqlarını doğma universitetlərinə bağlayan professorlar Rafiq Məmmədhəsənov, Əlihüseyn Hidayətov, Vəsadət Əzizov, Adil Baxşəliyev, Cəbrayıl Məmmədov, Sahib Musayev, İbrahim İsayev, Sona Qəhrəmanova, Mehman Ağayev, Sain Səfərova, Aytən Məmmədzadə, dosentlər Gülər Fətəliyeva, Səbinə Məşədiyeva-Bayramova, İradə Əliyeva, Mahirə Hüseynova, Nailə Abbasova, Aygün Musayeva və bir çox başqaları təhsilin inkişafı, tibb kadrlarının hazırlanması üçün böyük əmək sərf edirlər. 

Rektor Gəray Gəraybəylinin əmri ilə professor Vəsadət Əzizov klinikaya direktor, tibb elmləri üzrə fəlsəfə doktoru Fəridə Hacıyeva isə baş həkim vəzifələrinə təyin edilmişlər. Bu kadr dəyişikliyindən sonra əvvəllər müəyyən çətinliklərlə qarşılaşan klinikada vəziyyət yaxşılaşmışdır.Mən burada Vəsadət müəllimin bir vacib xüsusiyyətini vurğulamaq istəyirəm. O, həmkarlarının uğur qazanmaları üçün onlara kömək göstərməyi özünə borc bilən təmənnasız, xeyirxah insandır. Demək kifayətdir ki, I daxili xəstəliklər kafedrasında Vəsadət müəllimin rəhbərlik etdiyi dövrdə 10-dan çox dissertasiya müdafiə edib tibb elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcə almışdır.Bu, bir kafedra üçün yüksək göstəricidir.

Sonda qeyd etmək istəyirəm ki, Gəray müəllim üçün tutduğu bütün vəzifələrin məsuliyyəti eynidir və onun hər birinə ciddi yanaşır. İşinin gərgin, boş vaxtının az olmasına baxmayaraq o, həftənin tək günlərində Tədris-Terapevtik Klinikaya gəlir ambulator müalicə alan pasiyentləri müayinə edir. Bu, ilk növbədə, həkimlik borcunun layiqincə yerinə yetirilməsi, insanların sağlamlığının qorunması naminə atılan addımdır. 

Bəli, universitetdə həyata keçirilən faydalı işlərin əhatəsi genişdir. Orada hökm sürən sağlam ab-hava, yaradılan nümunəvi iş şəraiti, şəffaflıq, obyektivlik yeni-yeni uğurlar qazanılmasına stimul verən amillərdir. Bu təhsil, elm və müalicə müəssisəsinin qazandığı müvəffəqiyyətlərin müəllifi isə əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əməkdar həkim, professor Gəray Gəraybəylidir.

Ə.Məşədiyev 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Oktyabr 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri