Icma.az
close
up
RU
Hələ çox belə xəyalların reallaşmasına şahidlik edəcəyik Mövqe

Hələ çox belə xəyalların reallaşmasına şahidlik edəcəyik Mövqe

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“28 May - Respublika Günündə Laçın hava limanının Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə iştirakı ilə istifadəyə verilməsinin  çox böyük siyasi əhəmiyyət kəsb edir. Buna Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının, turizminin inkişafına töhfə verəcək hava limanının açılışı  kimi yanaşmaq yanlışlıqdır. Bu Azərbaycan üçün strateji üstünlüklər qazandıracaq bir hava limanının açılışı kimi yanaşılmalıdır”

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, əgər bir zamanlar desəydilər ki, Laçının yüksək dağların zirvəsində hava limanı tikiləcək, insanlar bunu ancaq xəyallarında canlandıra bilərdi. “Amma cənab Prezident bu xəyalı gerçəkləşdirdi. Mümkünsüz olanı mümkün etdi. Çünki möhtərəm Prezident son illərdə Azərbaycan xalqının digər xəyalları kimi, Laçında dağların zirvəsində  hava limannın tikintisini həyata keçirməklə növbəti  xəyalını reallaşdırdı.  Biz qarşıda  cənab Prezidentin liderliyi altında hələ çox belə xəyalların reallaşmasının şahidi olacağıq”, - o qeyd edib.

O əlavə edib ki, Laçın beynəlxalq hava limanının tikintisinin strateji əhəmiyyəti böyükdür: “Biz bunu Azərbaycanın inkişafında yeni dövrün başlanğıcı hesab edə bilərik. Bir daha qeyd edirəm ki, bu, Şərqi Zəngəzur və Qarabağ zonasında görülən işlər təkcə sosial-iqtisadi cəhətdən yox, siyasi baxımdan da əhəmiyyət kəsb edir. Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra region ölkələri arasında yeni əməkdaşlıq formatı gündəmə gəlib. Əgər bu platforma reallaşarsa, iştirakçı ölkələrin iqtisadi əlaqələrinin inkişafı, təbii ki, siyasi əlaqələrin də güclənməsinə müsbət təsir göstərəcək. Bu baxımdan hava limanlarının tikintisinin strateji önəmi çox böyükdür. Hava limanının açılışı həm də Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni siyasi baxımdan da möhkəmləndirir”.

Deputat qeyd edib ki, Laçın beynəlxalq hava limanının açılışında qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın baş naziri Şahbaz Şərifin iştirakı çox böyük tarixi siyasi əhəmiyyət kəsb edir: “Bu üç qardaş ölkə Vətən müharibəsində necə birlik nümayiş etdirmişdilərsə, işğaldan azad olan torpaqların bərpasında da bu birliyi nümayiş etdirməkdədirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Şahbaz Şərifin açılışda iştirakı dünyaya ciddi mesajıdır. Bu o deməkdir ki, ölkələrimiz daima bir-birinə dəstək verib. Bu birlik bundan sonra da daha inkişaf etdirilərək sıx müttəfiqlik səviyyəsinə qaldırılacaq”.

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri