“Hələ də atasının məzarını ziyarət etməyib” Kübra Əliyevadan dünyasını dəyişən Ülviyyə haqda FOTO+ÖZƏL
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Çox ürəkağrısı ilə Yaşar Nurinin qızı Ülviyyənin yas mərasiminı getdim. O gənc idi, hələ çox ümidləri var idi. Taleyi əvvəldən gətirməmişdi.. Həyat yoldaşı avtomobil qəzasında rəhmətə getmişdi. Balası hələ 6-cı sinifdə oxuyur, çox balacadır. Mən o qızı şəxsən tanımırdım. Bir dəfə gənc vaxtlarında görmüşdüm, heç ailə həyatı da qurmamışdı. Onlara gedəndə qabağıma çıxmışdı. Vəssəlam! Çox heyif! Öz taleyini bir yana qoyum. Zatən o uşaq atasız idi, anasız da qaldı. Bu insanın içini ağrıdır”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
O daha sonra əlavə edib:
“Rəhimə xanıma çox böyük hörmətim var. Həmçinin də Ülkərə. Ülkər bu sənət aləmindədir, bir parça çörək qazanmaq istəyir. Yas məclisində iynə atsan yerə düşməzdi. Bu millət nə Rəhiməyə, nə də o qıza görə gəlmişdi. Xeyr, onlar ölməz sənətkarımız Yaşara görə gəlmişdilər. O bu dünyada olmasa da, insanlar hələ də onu çox sevirlər. Mən ona görə həmişə deyirəm ki, sənətkarlar ölmürlər. Əgər bu gün də böyük sənətkarımıza hörmət, sayğı varsa, demək ki, o sənətkar yaşayır. Ülviyyə ali savadlı qız idi, müstəntiq işləyirdi. Eşitdiyimə görə hələ də atasının məzarı üstünə getməyib. Deyib ki, “atamı daş altında görmək istəmirəm”. Bəlkə də gizlin gedib, elə şey olarmi? Bütün millət Yaşar Nurinin məzarını ziyarət edir”, - deyə aktrisa bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 19 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















