Icma.az
close
up
RU
Hələ də keçmişdə qalan universitetlərimiz: kağız forma və... Osman Gündüz yazır

Hələ də keçmişdə qalan universitetlərimiz: kağız forma və... Osman Gündüz yazır

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Osman Gündüz,

 Azərbaycan İnternet Forumunun prezidenti  

***

Bu gündən universitetlərə qəbul olan tələbələrin qeydiyyatı başlayıb. Mövcud qaydalara görə qeydiyyat yalnız ETN-nin portal.edu.az platformasında elektron formada aparılmalıdır.

Uzun müddət bu sahədə pərakəndəlik olduğundan ötən il ETN, İRİA və AzTU paralel qeydiyyatdan və kağızdan imtina ilə bağlı universitetlərə müraciət etmişdilər.

Bu il bu sahədə vəziyyəti öyrənmək üçün kiçik bir monitorinq apardım. Təxminən 40-dək universitetdə tələbə qeydiyyatının hansı formada aparıldığını təhlil etdim.

Aparılan monitorinqlərin nəticəsi göstərdi ki, vəziyyət müsbət istiqamətdə xeyli dəyişib. Öndə gedən aparıcı universitetlərin böyük əksəriyyəti kağızdan və parallel qeydiyyatdan imtina ediblər.

Hətta regionlarda olan universitetlərin də böyük əksəriyyəti qeydiyyatı yalnız Nazirliyin platformasında elektron formada aparılamsı haqqında elanlar verib.

Bu universitetlərin rektorlarının səlahiyyət verdiyi əməkdaşlar yeni tələbələrlə bağlı bütün datanı Nazirliyin elektron sisteminə daxil olaraq bir anda əldə edə bilirlər.

Amma təəssüf ki, hələ də paralel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlər var.

Aşağıda bu universitetlərin bir xeylisinin siyahısını təqdim edirəm:

- Marqlıdır ki bu universitetlərin içərisində rəqəmsal vəziyyəti yetərincə inkişaf edən , hətta öndə olanlar da var. Amma nədənsə bu universitetlər də kağız qovluqlarda sənəd toplamağa davam edirlər.

Bir daha xatırladıram ki, hökumət, ETN və İRİA bütün qeydiyyat prosesini tam olaraq rəqəmsallaşdırıb. Tələbələr üçün zəruri olan sənədlər tələb olunan bütün qurumlara inteqrasiyalar təmin edilib.

Bütün bunlardan sonra bəzi universitetlərin paralelçiliyi isə yumşaq desəm hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır.

Ümid edirəm ETN, İRİA da bunların fərqindədir.

Yeri gəlmişkən, bəzi universitetlər yalnız elektron qeydiyyata üstünlük versələr də, yenə də hansısa tələb olunan sənədlərin siyahılarını dərc ediblər.

Əslində, bunlar da doğru deyil.

Diqqət !

Dəfələrlə qeyd olunub ki, qeydiyyat üçün portal.edu.az -da öz şəxsi kabinetinə daxil olan tələbə bütün zəruri sənədlərini orada görür və sadəcə onları təsdiq edir. Yəni tələbənin qeydiyyatı normalda 1 dəqiqə çəkir.

Beləliklə, parallel qeydiyyat aparan və kağız sənədlər tələb edən universitetlərin siyahısını təqdim edirəm:

1. Azərbaycan Dövlət Pedaqoji Universiteti (kağız formada sənədlər tələb edir)

2. Xəzər Universiteti (kağız formada sənədlər tələb edir)

3. Azərbaycan Memarlıq ve İnşaat Universiteti (kağız formada sənədlər tələb edir)

4. Azərbaycan Tibb Universiteti (kağız formada sənədlər tələb edir)

5. Azərbaycan Dillər Universiteti (kağız formada sənədlər tələb edir)

6. Qərbi Kaspi Universiteti (kağız formada sənədlər tələb edir)

7. Azərbaycan Dövlət Aqrar Universiteti (kağız formada sənədlər tələb edir)

8. Azərbaycan Turizm ve Menecment Universiteti (kağız formada sənədlər tələb edir)

9. Dövlət İdarəçilik Akademiyası (kağız formada sənədlər tələb edir)

10. Bakı Biznes Universiteti (kağız formada sənədlər tələb edir)

11. ADA Universiteti (3 pilləli qeydiyyat tələb olunur)

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri