Osman Gündüz Naxçıvana vəsiqəsiz səfərindən DANIŞDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Azərbaycanda rəqəmsal hökumətin inkişafı özünü artıq gündəlik həyatımızda da göstərir. Son Naxçıvan səfərim zamanı bu prosesi birbaşa müşahidə etdim. Fürsətdən istifadə edib mvGov platformasında olan şəxsi məlumatlarımın RƏQƏMSAL SƏNƏD olaraq nə dərəcədə keçərli olmasını həm Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, həm də Naxçıvan Hava Limanında monitorinq etdim. Nəticə çox uğurlu oldu".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
"Fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən sadəcə telefonumda myGov hökumət platformasındakı şəxsi məlumatlarımı göstərməklə hər iki hava limanlarında AZAL-ın yoxlamalarından keçdim. Məlumatlar sənəd kimi qəbul edildi. Eyni vəziyyət Naxçıvan Palace otelində də yaşandı", - deyə o əlavə edib.
O.Gündüz bununla belə bir nüansı da diqqətə çatdırıb:
"Yeganə kiçik nüans diqqətimi cəlb etdi – hər iki hava limanında telefondakı məlumatlarımın planşetlə şəkli çəkildi. Halbuki bu proses myGov Checker tətbiqi ilə rəsmi şəkildə yoxlanıla bilərdi. Ümid edirəm İRİA bunu nəzərə alacaq. İstənilən halda, fiziki şəxsiyyət vəsiqəsinə bircə dəfə də toxunmadan səfəri başa vurmaq mümkündürsə – deməli, rəqəmsal hökumət real nəticə verir. Qurumların bu sahədəki səyləri təqdirəlayiqdir".
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 May 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















