Icma.az
close
up
RU
“Hələ də sovet təhsil sisteminin qalığını saxlamışıq”

“Hələ də sovet təhsil sisteminin qalığını saxlamışıq”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. 

O qeyd edib ki, mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır: “Xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud ikipilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm. 

30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası ortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və ya dissertasiyaya hansısa istinad olunsun. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır? 

Hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoratura səviyyəsində gücləndirməyi, hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanı da elmlər doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi və beləliklə ikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəz etməyi və bununla da elm və təhsil sistemimizi beynəlxalq təcrübəyə uyğunlaşdırmağı təklif edirəm”. 

İclasda çıxış edən deputat Fariz İsmayılzadə isə bəzi universitetlərdə bəzi ixtisasların bazarın tələblərinə uyğun gəlmədiyini açıqlayıb: “Texnologiyalar, ətraf mühit dəyişir. Yeni qlobal tendensiyalar var. Biz nə qədər sürətlə bu tendensiyalara uyğunlaşa bilirik və nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə, hansısa sahələrdə universitetlərə daha çox muxtariyyət vermək olar ki, onlar daha çevik formada ixtisaslar aça bilsinlər. Düşünürəm ki, bu məsələni Elm və Təhsil Nazirliyi birgə müzakirə etməliyik”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri