Icma.az
close
up
RU
“Hələ heç nə bitməyib” Azər Bağırov

“Hələ heç nə bitməyib” Azər Bağırov

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Kəpəz” – “Səbail” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– İki fərqli hissə oynadıq. İlk hissə daha yaxşı idik. İkinci hissədə isə əks-hücumlardan yararlana bilmədik. Qolu da standart vəziyyətdən yedik. Yəqin ki, asanlıq istəmirik… Bu oyunda qələbə qazanıb, daha rahat ola bilərdik.

– “Neftçi”ni, “Sabah”ı uda, “Qarabağ”dan xal ala bilirsiz. Amma “Səbail”i uda bilmirsiz…
– Həmişə belə oyunlarda psixoloji gərginlik olur. Ona görə də komanda “Qarabağ”, “Neftçi” və “Sabah”la daha rahat oynayır. Burada isə xal itirməkdən qorxurlar.

– Yeni transferləri hansı istiqamətdə aparırsınız?
– Sırf mərkəz müdafiəçi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımov zədəli şəkildə meydana çıxdı. Yerli oyunçu sarıdan kifayət qədər problemlərimiz var.

– 90 dəqiqəni eyni tempdə keçirməyə nə mane olur?
– Hər iki hissəni eyni tempdə keçirdik. Sadəcə ikinci hissədə əks-hücumlardan yararlana bilmədik. Hansı ki, Trentin ikiyə bir getdiyi epizod buna nümunədir. O mənada əsas iki fərqli hissə izlədik.

– “Sumqayıt”a məğlubiyyətdən sonra dediz ki, komanda daxili problemlər var. Həmin problemlər nə idi?
– Komanda daxili problemlərdən danışmağa dəyməz. Sadəcə futbolçulara siqnalım var idi. Onlar da buna riayət etdilər. Hesab edirəm ki, komanda daxili problemlər bizimlə qəbirə qədər getməlidir.

– Xvalkonu ehtiyatda saxlayıb, İlkini startda oynatmağınız nəyə görədir?
– “Qarabağ”la oyunda İlkin daha yaxşı çıxış etdi. Həm limitə görə belə seçimlər etdik. Əgər İlkin arxada olmasaydı, Anuşu irəlidə oynada bilməzdik.

– Düşünmürsüz ki, Xvalkoya mənfi təsir edər?
– Xeyr. Xvalko komandanı sevir. Bu gün İlkini arxada oynatmaqla, rotasiyalar edə bilirik. Yaxud da qabağda yerli oyunçuları oynatmaqla, arxada çətinlik çəkirik

– Çox bitkin görünürsüz. Problemlər davam edir?
– Xeyr, problemlər yoxdur. Sadəcə nəticə məni məyus edir. 1 səhv və 1 qol. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Zaman daraldıqca, oyunçular daha məsuliyyətli olmalıdır. Qarşıda 8 tur var. Hələ heç nə bitməyib. Gəncədə böyük futbol qalmalıdır.

– Sizcə elitada qalmaq üçün 5 xal nə qədər avantajdır?
– Böyük avantaj deyil. 2 oyun uduzub, bunu itirə bilərik.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Mart 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri