Icma.az
close
up
RU
Azər Bağırov: “Hələ heç nə etməmişik”

Azər Bağırov: “Hələ heç nə etməmişik”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Kəpəz” oyunundan (1:4) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bu qələbəni azarkeşlərimizə, xüsusilə azyaşlı azarkeşimiz Babəkə həsr edirik. Çətin oyun olacağını bilirdik. Stressdən, gərginlikdən çıxmaq üçün yol axtarırdıq. İnanıram ki, bu qələbə açar olacaq. Yaxşı komandaya qarşı oynadıq. “Şamaxı” necə oynamaq lazım olduğunu bilir. Rəqibi təhlil etmişdik. Şükürlər olsun ki, bu gün qələbə qazandıq.

– Babək kimdir?

– Gəncədən gələndə məni inandırdı ki, qələbə qazanacağıq. Onun sözləri mənim üçün xüsusi motivasiya idi. Buna görə onun adını çəkdim.

– Sanki Ayxan Abbasovla aranızda soyuqluq var. Nə baş verib?

– Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur.

– “Kəpəz”in artıq özünə gəldiyini demək olar?

– İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq.

– Ötənilki komanda ilə hazırkı komandanı necə müqayisə edərdiniz?

– Müqayisə etmək istəmirəm. O həyətdə də yaxşı futbolçular var idi, bu gün də var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaq. Onları inandırmaq lazımdır. İnam ən güclü silahdır.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Avqust 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri