Icma.az
close
up
RU
“Hələ ki, uşaqları yerbəyer eləməyə çalışırıq”

“Hələ ki, uşaqları yerbəyer eləməyə çalışırıq”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Premyer Liqanı tərk edən “Səbail”in taleyi sual altındadır. I Liqada çıxış edəcəyi hələ rəsmən açıqlanmayan klubun nəticələri ilə diqqət çəkən uşaq futbol məktəbinin taleyi necə olacaq?

Bu suala direktor Mirbağır İsayevlə cavab axtardıq. O, “FutbolPress”ə açıqlamasında belə dedi:

“Səbail” akademiyası ilə rəğbət qazana bilib. Biz minimum imkanlarla maksimum nəticələr əldə edə bilmişik. Çox istedadlı uşaqlarımız var və biz çalışırıq ki, onlar futboldan uzaq qalmasın. Təbii ki, I Liqada çıxış edən klub üçün bütün yaş qrupları üzrə komandaları saxlamaq asan deyil. Reallıqları bildiyimizə görə əlimizdən gələni edirik – hələ ki, uşaqları yerbəyer eləməyə çalışırıq”.

İsayev müxtəlif vaxtlarda həm elitada baş məşaçi işləyib, həm bir neçə yaş qrupu üzrə milliləri çalışdırıb. Bu istiqamətdə zəngin təcrübəsi ilə yeni AFFA rəhbərliyinin fəaliyyəti barədə fikirləri maraqlı olardı. O, düşünür ki, inkişaf məqsədi varsa, onda mütləq iş peşəkarlara həvalə edilməlidir və hər kəs təşəbbüs göstərməlidir:

“Mən yeni AFFA rəhbərliyinə 6 bənddən ibarət təkliflər paketi təqdim etmişəm. Orada uşaq futbolu, gənclərin əsgərlik məsələsi, hətta futzala aid müddəalar var. Akademiya koordinatorları ilə görüş keçirilmişdi və fikir mübadiləsi aparılmışdı. Əlaqələr intensiv olmalıdır. Ən əsası, yaxşı mənada dəyişiklik istəyiriksə, işə peşəkarlar cəlb olunmalıdır”.

İsayev bildirdi ki, “Səbail”lə müqaviləsi bu ayın sonu bitir:

“Müqaviləm bitir, ancaq burdakı gələcəklə bağlı hansısa müzakirə olmayıb. Müxtəlif təkliflər var, ancaq diqqətlə təhlil edib, yaxşıca düşünmək lazımdır. Hədəfləri, konkret məqsəd və planları olan yerə üstünlük vermək lazımdır. Dediyim kimi, hazırda ən çox çalışdığım bir-bir axtarıb, tapıb, seçib götürdüyümüz istedadlı uşaqları, məsələn, “Qarabağ” və s. ciddi hədəfi olan akademiyalara yerləşdirməkdir. Bunun özü də böyük məsuliyyətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri