Icma.az
close
up
RU
Hələbdə druz tələbələr daş qalaq edildi VİDEO

Hələbdə druz tələbələr daş qalaq edildi VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Suriyanın Hələb şəhərində sünni və druz tələbələr arasında baş verən qarşıdurma zamanı dörd nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İğtişaşlara İsrailin Suriyaya endirdiyi son zərbələr səbəb göstərilir.

Bakupost.az xəbər verir ki, “Baza” nəşrinin məlumatına görə, hadisə Hələb Universitetinin yataqxanasında baş verib.

Druz icmasına mənsub tələbə Sara bildirib ki, hadisə səhər saatlarında İsrailin Suriyaya zərbələrindən bir gün sonra başlayıb. Onun sözlərinə görə, bir qrup sünni tələbə etnik azlıqlara qarşı nifrət çağırışları edib, daha sonra isə druz tələbələrin otaqlarına daxil olaraq onlara fiziki zorakılıq göstərib və onları daşlayıblar.

Sara deyib ki, hücum edənlər Suriyanın müxtəlif vilayətlərdən olan sünnilər olub, lakin əsas təşəbbüskar Rəqqadan olan Muhəmməd Nur adlı tələbədir. (Rəqqa ölkənin şimalında yerləşir və əvvəllər İŞİD-in paytaxtı hesab edilirdi, bu bölgənin sakinləri Əsəd rejiminə qarşı müxalif mövqe tutublar - red.)

Universitet rəhbərliyi insidentdən sonra toplantı keçirərək bildirib ki, druz tələbələrin İsrailin hücumlarına heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, zorakılıq davam edib və sünni tələbələr Vatsap statuslarında druzları “satqın” adlandırıblar.

Hadisələrdən sonra bir çox druz tələbə, o cümlədən Sara, yataqxananı tərk edərək təhlükəsiz əraziyə köçüblər.

Qeyd edək ki, druzlar Suriyada təxminən bir milyon nəfərlik etnik və dini azlığı təşkil edirlər. Əsəd rejiminin süqutundan sonra sünni qüvvələrlə druz icması arasında Əs-Süveyda bölgəsində toqquşmalar baş verib. İsrail bu qarşıdurmalara reaksiya verərək druzların maraqlarını müdafiə etdiyini bəyan edib və Dəməşqdəki bir neçə strateji nöqtəyə zərbə endirib.

Lalə, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 İyul 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri