Icma.az
close
up
RU
“Həm də buna görə, cətimələrin də bu qədər artırılmasının əleyhinəyəm”Qüdrət Həsənquliyev

“Həm də buna görə, cətimələrin də bu qədər artırılmasının əleyhinəyəm”Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

“Biz, Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində cinayətkarlıq fəslinə 200-3-cü maddə əlavə edirik. Yəni bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Əvvəla həm də insan həyat və sağlamlığı əleyhinə olan cinayətlər bölməsinə də bu normanı daxil etmək olardı. Amma burada əsas məqsəd o götürülüb ki, bu, iqtisadi fəaliyyət sahəsində olan cinayətdir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili əlavə edib: “Cinayət məsuliyyəti o zaman yaranır ki, baxmayaraq ki, şəxs bilir ki, onun istehsal elədiyi qida məhsulu insan həyatı üçün təhlükəlidir. Əgər o, bunu xeyli miqdarda istehsal edibsə. Yəni bu o mənada başadüşülən deyil ki, xeyli miqdarda istehsal nəyi nəzərdə tutur, məhsulun həcmini, yoxsa onun qiymətini? Tutaq ki, düzgün qaydada konservləşdirilməmiş bir banka göbələk bir ailənin məhvinə gətirib çıxara bilər. Onun dəyəri və həcmi azdır. O baxımdan söhbət əgər insanın həyat və sağlamlığından gedirsə, onun yalnız xeyli miqdarda istehsal olunmasının cinayət tərkibli olması anlaşılan deyil.
İkinci bir məsələ, 200-3.4-cü maddədə qeyd olunur ki, “nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda”. Əgər, söhbət şəxsin bilə-bilə insan həyatı üçün təhlükəli olan məhsulu istehsal edirsə, yaxud satırsa, burada hansı ehtiyatsızlıqdan söhbət gedə bilər? Ona görə ki, Cinayət Məcəlləsinin 25-ci maddəsində qeyd olunur ki, “birbaşa və ya dolayı yolla qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır”. Yəni burada dolayı qəsdlə törədilmiş əməl özünü nədə ehtiva edir? Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Ona görə, hesab edirəm ki, burada o nəticələrin ehtiyatsızlıqla birbaşa əlaqələndirilməsi doğru deyil. Ona görə ki, Cinayət Məcəlləsinin 26.3-cü maddəsində qeyd olunur ki, “Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə...”,-bu ehtiyatsızlıqdan törədilmiş əməl hesab olunur. Amma, biz, burada qeyd edirik ki, “şəxs bilə-bilə insan həyatı üçün təhlükəli məhsulu istehsal edir”.
O halda həqiqətən, belə məhsulun istehsalı və satışı insanların ölümünə gətirib çıxarıbsa, o halda həmin şəxs cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 66-cı maddəsinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır. Həm qəsdən adam öldürməyə, həm də təhlükəli qida məhsullarının istehsalı və satışına görə”.
Millət vəkili İnzibati hüquqpozmalar haqqında Məcəlləyə edilən dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb: “Dərman vasitələri haqqında” qanunda qeyd olunur ki, bioloji aktiv qida məhsulları dərman vasitəsi hesab olunmadığına görə, reseptdə yazıla bilməz və onun yazılması qadağandır. Eyni zamanda “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun 7.3.4-cü maddəsində qeyd olunur ki, “yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında təminatı əks etdirməlidir”, yəni süni qida məhsulunun üzərində.
Hörmətli Əhliman Əmiraslanovun aydınlaşdırmasını istəyirəm ki, süni qida məhsulu ilə bioloji aktiv qida məhsulu eynidirmi? Həm də 14-1.1-ci maddədə qeyd olunur ki, “bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyyə oluna bilər”.
Tutaq ki, uşağın çəkisi azdır və həkim ona qida əlavəsi yazır. Süni qida məhsullarının da müxtəlif növləri, formaları var.
Biz, burada cəzaları da artırırıq. Tutaq ki, əvvəl bunu reseptdə yazırdısa və 30 manat cərimə olunurdusa, indi 100 manatdan 150 manata qədər qaldırılır. Belə olan halda bunu həkimlər harada yazmalıdırlar? Yəni Əhliman müəllim istəsə bu məsələyə münasibət bildirsin. Ümumiyyətlə əgər həm süni qida məhsulu, həm də bioloji aktiv qida məhsulunun istifadəsi həkim tövsiyyəsi ilə məsləhət bilinirsə, həkimlərə də bunun reseptdə yazılması qadağandırsa, həkimlər də tutaq ki, bunu reseptdə deyil, başqa kağızda yazdı, bu nəyi dəyişir? Bunun reseptdə yazılmasının qadağan olunması başadüşülən deyil. Mən, həm də buna görə, cətimələrin də bu qədər artırılmasının əleyhinəyəm”.
Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərə Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin səhiyyə komitəsiinn sədri Əhliman Əmiraslanov münasibət bildiriblər.
Qüdrət Həsənquliyev yenidən söz alaraq, Ziyafət Əsgərovun fikirlərinə münasibətini açıqlayıb: “Mən burada sadəcə olaraq qeyd elədim ki, cinayətin ehtiyatsızlıqdan törədilməsi nədir. Ehtiyatsızlıqdan törədilən cinayətdə şəxs öz davranışına çox etinasız yanaşır. Məsələn avtomobil sürücüsü görür ki, yer yaşdır və hava da soyuyur. Avtomobildə havanın temperaturuna da baxmır və fikirləşmir ki, yol buzlaşa bilər, sürət həddini endirmir. Burada söhbət nədən gedir? Şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda görmür.
Bu məsələdə isə bunu görür.
Biz, burada yazırıq ki, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulu istehsal edirsə. Bu bilir ki, istehsal etdiyi məhsul insanın həyatı üçün təhlükəlidir. Sadəcə olaraq burada dolayı qəsd var. Yəni bu nəticəni arzulamır. Dolayı qəsddə deyir ki, şəxs bunu arzu eləmir, amma belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Bu bilir ki, onun satdığı məhsulu kimsə yesə dünyasını dəyişə bilər. Amma buna baxmayaraq bunu edir. Onda gəlin bilə-bilə insan həyatı və sağlamlığı üçün ifadəsini normadan çıxaraq. Əgər bir insan bilirsə ki, onun istehsal etdiyi məhsul başqalarının dövlət tərəfindən qanunla qorunan həyatını, mənafelərini təhlükə altına alır, o halda o şəxs cinayətlərin cəmi qaydasında məsuliyyət daşımalıdır. Və onun istehsal etdiyi məhsuldan kimsə yeyib ölürsə, bu halda ölüm ehtiyatsızlıqdan baş vermir. Bu halda yanaşı qəsd var, ona görə də cinayətlərin məcmusu qaydasında məsuliyyətə cəlb olunmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see178

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri