Icma.az
close
up
RU
Həm dünya çempionu, həm polis zabiti

Həm dünya çempionu, həm polis zabiti

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müsahibimiz: Qurbanzadə Elçin Sərxan oğlu – polis zabiti, baş leytenant, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, Azərbaycan Respublikasının İdman Ustası, kikboksinq üzrə Respublika mükafatçısı, beynəlxalq yarışların qalibi, qarışıq döyüş növləri və budo üzrə Avropa və Dünya çempionu. Şəxsi məşqçisi tanınmış kikboksinq ustası Eduard Məmmədovdur.

– Elçin müəllim, ilk növbədə sizi 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edirik. Bu əlamətdar günün sizin üçün mənası nədir?

– Çox sağ olun. Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram. Azərbaycan Polisi dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayır. Bu şərəfli peşənin nümayəndəsi olmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Hər bir polis əməkdaşı xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməyə and içib və bu amala sadiq qalır.

-Polis peşəsini seçməyinizə nə səbəb oldu?

– Uşaqlıqdan hüquq-mühafizə orqanlarının fəaliyyətinə böyük marağım var idi. Bu sahəni seçməyimdə atamın mənə göstərdiyi dəstəyin də böyük rolu olub. O, hər zaman mənə dövlətimə və xalqıma layiqincə xidmət etməyi tövsiyə edib. Mən də öz marağımı və bu dəstəyi birləşdirərək polis peşəsini seçdim. Hesab edirəm ki, polis olmaq sadəcə bir peşə deyil, həm də Vətənə, dövlətə və xalqa xidmət etmək kimi müqəddəs bir missiyadır. Bu gün bu şərəfli formanı daşımaq mənim üçün böyük qürur və məsuliyyətdir.

– Siz həm də peşəkar idmançısınız. İdman sahəsində qazandığınız uğurlar barədə məlumat verərdiniz.

– İdman həyatımın ayrılmaz hissəsidir. Kikboksinq üzrə Respublika ikincisi və üçüncüsü olmuşam. Müxtəlif beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmişəm. Qarışıq döyüş növləri və budo üzrə Avropa və Dünya çempionu adını qazanmışam. Bu nailiyyətlərimə görə mənə Azərbaycan Respublikasının İdman Ustası fəxri adı verilib. Xarici arenalarda üçrəngli bayrağımızı yüksəltmək mənim üçün ən böyük qürurdur.

– Elçin müəllim, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı kimi fəaliyyət göstərirsiniz. Şəxsi məşqçiniz Eduard Məmmədovun uğurlarınızdakı rolunu necə qiymətləndirirsiniz?

– Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı olmaq mənim üçün böyük şərəfdir. Bu cəmiyyət idmançıların peşəkar inkişafı üçün geniş imkanlar yaradır. Uğurlarımda şəxsi məşqçim Eduard Məmmədovun əməyi danılmazdır. O, yalnız peşəkar məşqçi deyil, həm də daim motivasiya verən, intizamı və əzmkarlığı aşılayan bir müəllimdir. Qazandığım nailiyyətlərdə onun zəhməti və dəstəyi xüsusi yer tutur. Fürsətdən istifadə edərək ona dərin təşəkkürümü bildirirəm.

– Polis xidməti ilə peşəkar idmanı birlikdə davam etdirmək nə dərəcədə çətindir?

– Hər iki sahə yüksək intizam, fiziki hazırlıq və böyük məsuliyyət tələb edir. Vaxtın düzgün planlaşdırılması və məqsədyönlü fəaliyyət sayəsində bu sahələri paralel şəkildə davam etdirmək mümkündür. İdman polis əməkdaşının fiziki gücünü artırmaqla yanaşı, psixoloji dözümlülüyünü də möhkəmləndirir. İdmanda qazandığım təcrübə xidmətdə qarşılaşdığım çətinliklərin öhdəsindən gəlməyə kömək edir.

– Müasir dövrdə polis əməkdaşının qarşısında duran əsas vəzifələri necə qiymətləndirirsiniz?

– Müasir polis əməkdaşı təkcə qanunun keşiyində dayanan şəxs deyil. O, vətəndaşlarla daim ünsiyyətdə olan, onların təhlükəsizliyini təmin edən, hüquqlarını qoruyan və cinayətkarlığın qarşısının alınmasına çalışan dövlət nümayəndəsidir. Bu peşə daim inkişaf etməyi, yeni biliklər əldə etməyi və yüksək peşəkarlığı tələb edir.

– Son dövrlər məişət tullantılarının küçələrə atılması, ictimai yerlərin çirkləndirilməsi kimi hallara tez-tez rast gəlinir. Bu cür inzibati xətaların qarşısının alınmasında polisin rolu nədən ibarətdir?

– İctimai qaydanın qorunması polis əməkdaşlarının əsas vəzifələrindən biridir. Məişət tullantılarının nəzərdə tutulmayan yerlərə atılması həm şəhərin ekoloji vəziyyətinə, həm də ictimai mədəniyyətə mənfi təsir göstərir. Belə hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Bununla yanaşı, hesab edirəm ki, bu məsələdə vətəndaş məsuliyyəti və maarifləndirmə də çox vacibdir. Hər bir insan yaşadığı mühitə qarşı həssas olmalı və təmizliyin qorunmasına öz töhfəsini verməlidir.

– İdmanın gənclərin həyatındakı rolunu necə qiymətləndirirsiniz?

– İdman sağlam həyat tərzinin əsas sütunlarından biridir. O, gəncləri zərərli vərdişlərdən uzaq saxlayır, onlarda intizam, səbir, mübarizlik və vətənpərvərlik hisslərini gücləndirir. Mən bütün gənclərə idmanla məşğul olmağı tövsiyə edirəm.

– Gənclər arasında polis peşəsinə maraq artır. Bu yolu seçmək istəyənlərə nə tövsiyə edərdiniz?

– İlk növbədə Vətəni sevmək, dürüst, məsuliyyətli və prinsipial olmaq lazımdır. Polis peşəsi sadəcə forma geyinmək deyil, xalqa və dövlətə vicdanla xidmət etmək deməkdir. Bu peşəni seçən hər bir gənc daim öz üzərində işləməli, biliklərini artırmalı və fiziki hazırlığını yüksək səviyyədə saxlamalıdır.

– Sonda həmkarlarınıza və xalqımıza nə demək istərdiniz?

– Bir daha bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm. Şəhid olmuş polis əməkdaşlarımızı dərin ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm. Bütün həmkarlarıma xidmətlərində uğurlar, ailələrinə xoşbəxtlik və firavan həyat arzulayıram. İnanıram ki, Azərbaycan Polisi bundan sonra da dövlətimizin və xalqımızın etimadını doğruldacaq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin və qanunun aliliyinin təmin olunması naminə şərəflə xidmətini davam etdirəcək.

Müsahibəni apardı:

Yusif Şərifzadə

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri