Icma.az
close
up
RU
Həm Qərbdə, həm Şərqdə nüfuzlu LİDER

Həm Qərbdə, həm Şərqdə nüfuzlu LİDER

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

Modern.az xatırladır ki, 2003-cü ilin bu günündə keçirilən prezident seçkilərindədə İlham Əliyev səsvermənin 76 faizindən çoxunu toplayaraq dövlət başçısı semilib. Bununla da Azərbaycan tarixində yeni bir siyasi mərhələ başlayıb.

Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində bildirib ki, İlham Əliyev yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkisində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəkintellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Xalq bu çağırışa sadiq qaldı. 15 oktyabr seçkiləri ilə İlham Əliyev prezident seçildi və ölkənin inkişafında yeni bir dövr başlandı.

İlham Əliyevin 22 illik fəaliyyəti dövründə Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edib. İqtisadiyyatın modernləşməsi, infrastrukturun yenilənməsi, vətəndaş rifahının artması ilə yanaşı, ölkənin beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə güclənib.

22 illik tarixin ən möhtəşəm məqamı isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev həm hərbi, həm diplomatik cəbhədə xalqın gücünü bir yumruq kimi birləşdirərək Qələbəyə rəhbərlik etdi. Onun xalqa ünvanladığı müraciətlər həmin günlərin rəmzinə çevrildi.

Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş torpaqlara həyat qayıdır, köçkünlər doğma yurdlarına dönür. Sosial proqramlar, yeni şəhər planları və yaşıl enerji layihələri ölkənin gələcəyinə inamı daha da möhkəmləndirir.

Azərbaycan bu gün dünyanın siyasi arenasında söz sahibi ölkələrdən biridir, Azərbaycanın fikri və mövqeyi geosiyasi nizamın həll edildiyi bütün masalarda səsləndirilir və nəzərə alınır. İstər Qərbdə, istərsə də Şərqdə Azərbaycan bir çox mötəbər görüşlərin ən mötəbər qonaqları sırasında dayanır. Bütün bunların memarı isə şübhəsiz ki, Azərbaycanın lideri, Prezident İlham Əliyev və onun uğurla icra olunan siyasi xəttidir. İlham Əliyevin dünyanın siyasi arenasındakı şəxsi nüfuzu hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Qəzzada sülh prosesi ilə bağlı bu günlərdə Misirdə keçirilən beynəlxalq sammitdə ABŞ Prezidenti Donald Tramp da İlham Əliyevin liderlik keyfiyyətlərini xüsusi qeyd edib. O, çıxışı zamanı Azərbaycan Prezidentini çox güclü lider adlandırıb. “Onunla düşmən olmaq istəmərsiniz”, - görüşdən əvvəl Tramp belə deyib.

Bu ifadə İlham Əliyevin qlobal siyasətdə qazandığı şəxsi nüfuzun göstəricisidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri