Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Şərqdə və Qərbdə ədəbiyyatın qadın azadlığına baxışı

Şərqdə və Qərbdə ədəbiyyatın qadın azadlığına baxışı

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gülay TAHİRLİ

Qadın obrazının ədəbiyyatda təqdimatı, yalnız bədii-estetik məsələ deyil, həm də sosial-fəlsəfi problem kimi çıxış edir. Müxtəlif coğrafiyalarda formalaşmış ədəbi ənənələr qadının taleyini ictimai dəyərlərin güzgüsündə əks etdirir. Şərq və Qərb ədəbiyyatında qadın surətlərinin müqayisəsi təkcə iki mədəniyyətin fərqini deyil, həm də qadın kimliyinin universal faciəsini üzə çıxarır. Şərqdə qadınların itaətkarlığa məhkum edilməsi onların azad seçim imkanını məhdudlaşdırdığı halda, Qərbdə qadının azadlıq axtarışları çox vaxt sosial qınaq və daxili böhranla nəticələnir. Şərq qadını qəfəslərdə, Qərb qadını ənginliklərdə təsvir olunur, əlbəttə, qəfəsin cəzbedici heç bir tərəfi yoxdur, azadlıq isə çoxluq tərəfindən bir xoşbəxtlik elementi kimi qəbul olunur. Qustav Floberin Emması, Lev Tolstoyun Annası, Emil Zolyanın Tereza Rakeni - onlar azadlığı seçdilər, o cəsarəti özlərində tapa bildilər. Bəs xoşbəxt ola bildilərmi? Xeyr! Heç Şərqin Leylisi, Zeynəbi də xoşbəxt ola bilmədi. Azadlıq və itaətkarlığın fonunda qadın faciəsini əks etdirən  Hüseyn Cavidin "Şərq qadını" şeiri və Çarlz Bukovskinin "Şəhərin ən gözəl qadını" hekayəsi - bu iki kiçik həcmli əsər Şərq və Qərb ədəbiyyatlarında qadını müqayisə etmək üçün mükəmməl örnəklərdir.

Əvvəlcə, Hüseyn Cavidin yaradıcılığında qadının necə təqdim olunduğunu nəzərdən keçirək. Onun yaradıcılığında gözəllik sadəcə sərv boylar, kaman qaşlar, qönçə dodaqlardan ibarət deyil, ülvi zəka, təmiz ürək, gözəl ruhla bütünləşib. Şair üçün qadın kimdir, onu necə görmək istəyir? "Qadın!" şeirində bu suallara cavab tapmaq olar. Qadın hər şeydən öncə anadır. Təsadüfi deyil ki, Cavid əfəndinin ən böyükürəkli, ən möhtəşəm obrazlarından biri də məhz qadındır - Səlma ana! Qadına üz tutan şair ona sevgili həm şirə, nazlı qadın deyə xitab edir. "Ana"nın isə təyinə ehtiyacı yoxdur, şair "Ana" və bir nida yazmaqla kifayətlənir! Bu söz bütün gözəllikləri, bütün sevgiləri özündə birləşdirib. Vətən övladları ürəyin şəfasını, ruhun qidasını yalnızca qadında tapır. "Anasız millət, əvət, öksüzdür" deyən şair qadının aləmdəki vəzifəsinin böyüklüyünü, ağırlığını bütün ruhu ilə hiss edir. Bu böyüklük, bu müqəddəslik, lətafət, nəcabət əsarətə, həqarətə məruz qalır. Şair qadına üz tutub deyir: "Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!" Ümumiyyətlə, Cavid əfəndi problemli mövzulara toxunanda bir çox hallarda çarəni nə problemdə görür, nə də problemi yaradanda. Çarə problemə, bəlaya məruz qalanın öz içində gizlənir. Məsələn: baş verən hadisələrdən, təhlükələrdən qurtulmaq üçün türkləri birliyə çağırır, oyanmağa, mübarizəyə səsləyir. Bunlar yerində olsa, bəlalar da çıxıb gedəcək. Qadın mövzusunda da çarə elə qadının özüdür. Problem özünü bilməməkdən, dəyərini anlamamaqdan doğulub. Həll yolu isə zəifliyi buraxıb, haqq tələb etməkdir. Franz Kafkanın belə bir sözü var: "Mənə yaşatdıqlarına şərait yaratdığım üçün özümdən üzr istəyirəm". Cavid əfəndinin obrazları da çox hallarda bəlaya şəraiti özləri yaradırlar.

Bircə qalır özlərindən üzr istəyib ayağa qalxmaq! Qadına "Ağla, ta lərzəyə gəlsin yer-gök" deyən şair sonra "Dur, ağlamaqdan nə çıqar sanki?" deyir. Qadını çalışıb öyrənməyə, zülmət pərdəsinin içindən sıyrılıb  qəhrəmanlar kimi qavğaya atılmağa səsləyir. Qadın çalışıb öyrəndikcə hüququ pamal olmayacaq, haqqını alacaq. Bəs bunlar kifayət edirmi? Yox! Qadın həm də fəzl və irfanla mücəhhəz olmalır, cəhli yıxıb, qəfləti yaxmalıdır. Cavid əfəndinin vətən, elm mövzulu şeirlərində də cəhalətin nələrə gətirib çıxardığını görmüşdük. Qadının başına gələn bəlaların da əsas səbəblərindən biri cəhalətdir! Hüseyn Cavid yaradıcılığında cəhalət ən böyük düşmən kimi təqdim olunur. Qadının, vətənin, mədəniyyətin, inkişafın önünə yığılan qara daş kimi... "Qadın!" şeiri bu misralarla bitir: "Kimsədən gözləmə yardım əsla; Yalınız kəndinə kəndin ağla!"  Bəli, çarə qəhrəmanın özündədir! Bu iki misranı Cavid əfəndinin bir çox şeirlərinə aid etmək olar. Şair qəhrəmanlarının içlərindəki gücü görməsini, onların kimsəyə möhtac olmamasını istəyir. Ən çarəsiz qəhrəmanlarının belə içində bir mübarizlik var. "Şərq qadını" şeirində qadın başına gələnləri özü danışır, bu şeir sanki bir yox, minlərlə şərq qadınının monoloqudur. Şərq qadını doğulduğu gündən tarixin paslı zəncirlərində inləyir, keçmişin vicdansız, kirli dırnaqlarında qəhr olur. Qara mövhumat gözlərinə pərdə çəkib, qanunla din onun öksüz sözlərinə istehza edir, heç fəryad belə qopara bilmir. Şərq qadınına hər şey yasaqdır, şikayət, tələb, fəryad edə bilməz. Deyir ki, mənə tapınanlar da vardı, çünki pək dilbər idim. Süslü kaşanələr, ipəklər, tüllər onu xoşbəxt etmir, məhbəsə, altın qəfəsə alışıb qaba şəhvətləri söndürür. Qaniçən sultanlar "pək gözəlsin" deyib onunla əylənir, hətta bir-birlərinə bağışlayırlar, sonra atəşkədəyə, Nilə atıb Şərqin dilbər qadınını "duyğusuz Tanrı"ya qurban edirlər... Şərq qadınına zahiri gözəlliyə heyran olan qaniçənlər, şəhvət düşkünləri yox, eşq daşıyan böyük ürəklər lazım idi. Bəlkə o zaman bu qadının (qadınların) üzü gülə bilərdi... Onlar qadının görünüşünə tapındılar, ruhunu, ürəyini, zəkasını görmədilər, ona görə də qadına oyuncaq kimi davranıb haqlarını, hüquqlarını əllərindən aldılar. Əslində, qadına yox, qadını yaradana tapınsaydılar, gözəlliyin arxasındakı qüdrəti görsəydilər, hər şey başqa cür ola bilərdi. Amma eşqsizlər eşqi görə bilməzlər... Şərq qadınına qanunla din də istehza edir. Minlərlə qadın din pərdəsində boğulub, qəlibləşmiş qanunlar bataqlığında batıb...

"Şərq qadını" şeiri mənə Çarlz Bukovskinin "Şəhərin ən gözəl qadını" hekayəsini xatırlatdı. Kess adlı çox gözəl bir qız yaşamaq üçün yanlış yola əl atmalı olur. Şəhərdəki hər kəs ona heyrandır, amma onlar Kessin çəkdiyi rəsmlərlə, ruhuyla yox, sadəcə zahiri gözəlliyi ilə maraqlanırlar. Bəs hamının qısqandığı, arzuladığı, məftun olduğu bu qadın öz gözəlliyindən razıdırmı? Yox! Kessə vurulanlar onu anlamır, ruhuna enməyi bacarmırlar, heç cəhd də etmirlər. Kess boğazını kəsir, özünü eybəcərləşdirməyə çalışır. İstəyir ki, onu görünüşünə görə deyil, ruhuna görə sevsinlər. Amma olmur, insanlar Kessi başa düşə bilmir və bir gün onun intihar xəbərini eşidirlər... Kess xristian qadındır, yanlış yoldadır, o bu yola məcbur olur, Şərq qadını isə müsəlmandır və qaniçən sultanların şəhvətini söndürməyə məcbur edilir. Kess azaddır, sözünü deyə bildiyi, rahat gəzib-dolaşdığı bir mühitdə yaşayır. Şərq qadını isə altın qəfəslərdə qəhr olub gedir, qanunla din əsarətindədir. Bu qadınların dini başqa, yolu başqa, vətəni başqadır. Biri şərq qadınıdır, digəri isə qərb qadını. Amma ikisi də qurbandır, haqqın-hüququn olduğu yerdə yaşayan qərb qadını da, ixtiyarı özündə olmayan şərq qadını da... İkisi də eşqsizliyin - şəhvətin qurbanıdır və bu mövzuda şərq-qərb fərqi yoxdur... Eşq Tanrıdan, şəhvət isə iblisdəndir. İblis hər yerdədir, o şərqliyə, qərbliyə, haqqa, hüquqa baxmır... İnsan beyni ilə düşünür, ürəyi ilə hiss edir, ruhu ilə var olur. Bədən sadəcə müvəqqəti artıq yükdür, bir gün qoyub getməli olursan. Eşq ruha ünvanlanır, ürəyə, beyinə yol tapır, şəhvət isə sadəcə artıq yük olan bədənə... Şərq cəmiyyəti də, Qərb cəmiyyəti də insanı var edən şeylərə kordur, sadəcə yükü görürlər. Ona görə bu qadınlar hərəsi bir şəkildə əzab çəkir. Bu, Şərqin, Qərbin deyil, bəşəriyyətin acı qanunudur, insanlığın bəlasıdır. Kess intihar edir, anlaşılmadığı mühitdə mübarizə apara bilmir. Amma "Şərq qadını"nın həyatı nikbin sonluqla bitir, gülür, oynayır, yaşamaq zövqünü duyur. Deyir ki, "gəmirilməz beynim!" Dinin, qanunun, mühitin beynini gəmirməsinə imkan verməməyə çalışır. Sonda öz dəyərini anlayır, həşmətli fəzalardan aşan pəmbə yıldız ucalığına yüksəlir. XX əsrdən bu yana çox şey dəyişib, qadınlar daha azaddırlar, nəyəsə məcbur edilmək halları azalıb, daha az qurban olurlar, beyinləri gəmirilmir və s. Dəyişməyən və dəyişməyəcək tək şey var - insan xisləti! Kimisi eşqi - Tanrını seçir, kimisə də şəhvəti - iblisi... Şərq qadınına tapınanlar, əslində, qadına yox, şəhvətə tapınmışdılar. Qadını əsir etdiklərini düşünürdülər, amma özlərinin şəhvət əsiri olduqlarından xəbərləri yox idi. Kesslər, şərq qadınları, təəssüf ki, həmişə şəhvət əsirləri ilə mübarizə aparmalı olacaqlar. Tanrı ilə iblis, eşqlə şəhvət daim yanaşı addımlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri