Icma.az
close
up
RU
HƏMAS bütün israilli girovları azad etməyə razılaşdı Tramp reaksiya verdi

HƏMAS bütün israilli girovları azad etməyə razılaşdı Tramp reaksiya verdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

HƏMAS qruplaşması ABŞ prezidenti Donald Trampın təklif etdiyi mübadilə planı çərçivəsində bütün israilli girovları — həm sağ, həm də həlak olanları — azad etməyə hazır olduğunu bəyan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera” media şirkəti islamçıların açıqlamasına istinadla yayıb.

"Döyüş əməliyyatlarının dayandırılması və İsrail qoşunlarının Qəzza sektorundan tam çıxarılmasına nail olmaq üçün Hərəkat prezident Trampın təklifindəki mübadilə formuluna uyğun olaraq bütün israilli məhbusları — həm sağ, həm də ölü — azad etməyə razı olduğunu elan edir”, — bəyanatda deyilir.

Qruplaşma həmçinin bildirib ki, Qəzza sektorunun idarəçiliyini "fələstinli milli konsensus və ərəb-islam dəstəyinə əsaslanan” müstəqil quruma təhvil verməyə razıdır. HƏMAS nümayəndələri vurğulayıblar ki, onlar Trampdan, İsraillə müharibə başa çatdıqdan sonra sektoru idarə edəcək birləşmiş fələstinli strukturun tərkibinə daxil olunmalarını nəzərdən keçirməyi xahiş edirlər.

"Hərəkat bu razılaşmanın detalları ilə bağlı danışıqları müzakirə etmək üçün vasitəçilər aracılığıyla dərhal dialoqa başlamağa hazır olduğunu təsdiqləyir”, — bəyanatda qeyd olunur.

HƏMAS-ın rəsmi nümayəndəsi Musa Əbu Mərzuk əlavə edib ki, onlar hərəkat və silah məsələləri də daxil olmaqla bütün mövzular üzrə danışıqlara hazırdırlar. Onun sözlərinə görə, Trampın planı danışıqlar olmadan həyata keçirilə bilməz.

Daha sonra Donald Tramp bəyan edib ki, girovların təhlükəsiz azad olunması üçün İsrail dərhal Qəzza sektoruna bombardmanı dayandırmalıdır. Onun fikrincə, HƏMAS-ın bəyanatına əsasən, hərəkat uzunmüddətli sülhə hazır görünür.

"Hazır mərhələdə girovların Qəzzadan çıxarılması üçün şərait olduqca təhlükəlidir, təhlükəsizlik məsələləri müzakirə mərhələsindədir”, — Tramp yazıb.

Trampın rəsmi sülh planına əsasən, İsrail bu bölgəni işğal etməyəcək, Qəzza "terrordan və qonşulara qarşı təhdidlərdən azad edilmiş, radikalizmdən uzaq zona”ya çevriləcək.

ABŞ tərəflər arasında regionun siyasi gələcəyi barədə dialoqa təşəbbüs göstərəcək, HƏMAS üzvləri isə istəsələr, üçüncü ölkələrə təhlükəsiz keçid alacaqlar. Müvəqqəti idarəetmə Donald Tramp və Toni Bleyerin nəzarəti altında yaradılmış "Sülh Şurası”nın rəhbərliyi ilə texnokratik komitə tərəfindən həyata keçiriləcək, bölgə sakinləri isə bərpa işlərində qalmağa təşviq olunacaqlar.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri