HƏMAS dan yeni təklif: Kütləvi mübadilə edək, İsrail qoşunları geri çəkilsin
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bunun daimi atəşkəsə və İsrailin tamamilə geri çəkilməsinə nail olmaq məqsədi daşıyacağı düşünülsə də, hələlik İsraildən təklifə rəsmi cavab verilməyib.
Fələstin qrupu həmçinin şənbə günü birinci mərhələdə azadlığa buraxılması planlaşdırılan sağ qalan altı məhbusu da azad edəcəyini təsdiqləyib. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, sazişin ikinci mərhələsi üzrə danışıqlar bu həftə baş tutacaq. Atəşkəs razılaşmasının birinci mərhələsində məhbus mübadiləsi əməliyyatları Həmasın şənbə günü sağ qalan daha altı israilli əsiri azad etməsindən sonra sona çatacaq.
Bu arada İsrailin baş naziri Netanyahunun HƏMAS ilə atəşkəsin ikinci mərhələsinə keçidlə bağlı danışıqlar aparacaq nümayəndə heyətindən Xarici Kəşfiyyat Xidmətinin direktoru Mossad David Barnea və Daxili Kəşfiyyat Xidmətinin direktoru Şin-Bet Ronen Barı uzaqlaşdırdığı bildirilir. Bildirilib ki, nümayəndə heyətinə strateji məsələlər üzrə nazir Ron Dermer rəhbərlik edəcək. Girov ailələri açıqlamalarında HƏMAS ortadan qaldırılmadığı təqdirdə mübadilə razılaşmalarını dəstəkləməyəcəyini bildirən Dermerin prosesə mənfi təsir edəcəyindən narahatdırlar.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















