Icma.az
close
up
RU
Sənədi olmayan evlərə də qaz çəkilsin! TƏKLİF

Sənədi olmayan evlərə də qaz çəkilsin! TƏKLİF

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik etməliyik ki, vətəndaşlar mülkiyyət sənədi tələb olunmadan evlərinə qaz çəkə bilsinlər. Bu, artıq texniki məsələ deyil. Bu, insanların qışda donması məsələsidir. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, bir çox yerdə qaz borusu evin düz yanından keçir. Amma evin sənədi tam olmadığı üçün qaz verilmir.
“Qaz göz qabağındadır, evin içi isə buz kimi. Bu nə məntiqdir? Boru varsa, qaz varsa, niyə evdə istilik yoxdur?
Biz vətəndaşa deyirik: “Sənədin yoxdur, gözlə”. Yaxşı, o adam bu vaxtadək necə yaşasın? Qışa deyək ki, bir az gözlə? Uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, soyuqda döz? Bu, real həyatdan qopmuş yanaşmadır.
Alternativ də qalmayıb. Yulğun kəsən, ağac kəsən cinayət məsuliyyətinə düşür. Həyətindən yarım metr kənarda bitən, pay torpağında bitən ağacı da kəsəndə üzərinə elə şığıyırlar ki, elə bil adam öldürüb. Sonra da deyirlər ki, torpağın var sənə sosial yarıdm düşmür. Bu qədər də olmaz axı. Odun tədarükünə icazə yoxdur. Kömür əl yandıracaq qədər bahadır. Dövlət də münasib qiymətə alternativ yanacaq təşkil etmir. Yəni vətəndaş hər tərəfdən divara dirənib".

Deputat qaza alternativ təklif edilməli olduğunu deyib.
"Açıq deyirəm: insanı bu vəziyyətə salmaq islahat deyil. Qadağa qoyuruqsa, çıxış yolu da qoymalıylq. Qaz vermirsənsə, alternativ təqdim etməlisən. Yoxsa bu, islahat yox, laqeydlikdir”.


R. Nurullayev qeyd edib ki, 30–40 il ərzində dövlətin iştirakı və bəzi məmurların şirinlik, rüşvət müqabilində qanunsuzluqlara göz yumması nəticəsində yaranmış problemlərin yükünü bu gün vətəndaşın üzərinə qoyub ondan bir-iki ayın içində həll etməsini tələb etmək nə realdır, nə də ədalətlidir. Bu, illərlə yığılıb qalmış sistemli problemləri qısa müddətdə sadə insanın boynuna yükləmək deməkdir və mümkün olmayanı tələb etməkdir.
“Ona görə təklifim aydındır: Bir - icra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılsın. İnsan evində yaşayırsa, sənədinə görə onu soyuqda saxlamaq ədalətsizlikdir. İki - qaz olmayan yerlərdə dövlət odun-kömür təminatını ya təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin” – sonda vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri