HƏMAS girovların meyitlərini təhvil verəcək: aralarında iki azyaşlı var
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
HƏMAS sabah İsrailə həlak olan girovların meyitlərini qaytaracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi Əbu Ubayda teleqram kanalında məlumat yayıb.
“İsraillə mübadilə razılaşması çərçivəsində cümə axşamı biz Bibas ailəsinin üzvlərinin meyitlərini və Oded Lifşitsin meyitini təhvil verəcəyik. Onların hamısı İsrailin Qəzzanı bombalaması zamanı həlak olublar”, – deyə Əbu Ubayda bildirib.
Qeyd edək ki, Bibas ailəsindən olan iki azyaşlı HƏMAS tərəfindən 2023-cü il 7 oktyabrda anaları və ataları ilə birlikdə girov götürülüb. O zaman Kfiru Bibas 9 aylıq idi, qardaşı Arielin isə 4 yaşı olub. Ataları razılaşma çərçivəsində fevralın 1-də azad edilib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Fevral 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















