HƏMAS İsraildən 600 fələstinlini təhvil aldığını təsdiqlədi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
HƏMAS İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS Teleqram kanalında müvafiq bəyanat yayıb.
“Xalqımız İsrail işğalçılarının azad etməkdə tərəddüd etdiyi 600 qəhrəmanı qarşılayır. İşğalçıların Qəzzada atəşkəs razılaşmasından yayınmasının qarşısını almaq üçün düşmən girovlarının cəsədlərinin təhvil verilməsi prosesini qəhrəman əsirlərimizin azad edilməsi ilə sinxronlaşdırdıq”, - bəyanatda qeyd olunub.
HƏMAS bir daha sənədə sadiqliyini və onun bütün şərtlərinə əməl etmək niyyətini təkrarlayıb:
“Sazişin ikinci mərhələsi ilə bağlı danışıqlara getməyə hazır olduğumuzu təsdiqləyir və bir daha bildiririk ki, Qəzzada bütün girovları azad etməyin yeganə yolu danışıqlar aparmaq və razılaşdırılanlara əməl etməkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















