Icma.az
close
up
RU
İsraildən HƏMAS a növbəti zərbə

İsraildən HƏMAS a növbəti zərbə

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təl-Əviv qruplaşma liderlərini Qətərdə vurdu

Yaxın Şərqdə planlaşdırılan sülh planları yenidən “təxirə düşəcək” kimi görünür. Belə ki, İsrail Qətərin paytaxtına zərbələr endirərək, HƏMAS-ın bir neçə liderini öldürüb. Qeyd edək ki, Qətər İsrail və Həmas arasında 2023-cü ilin oktyabrından başlanan yeni müharibənin sülh ilə dayandırılması prosesində əsas vasitəçilərdən biridir.

Vurğulandığı kimi, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Qətərin paytaxtı Dohada olan HƏMAS rəhbərliyinə zərbələr endiriblər. “Al Arabiya” və “Channel 12” telekanallarının məlumatına görə, hücumda HƏMAS lideri, 2024-cü ilin oktyabrından bu qrupa rəhbərlik edən Xəlil əl-Həyya, onun siyasi bürosunun rəhbəri Xalid Məşəl və HƏMAS üzvü Zahir Cabarin həlak olub.

Qətər pisləyir...

Qətər İsrailin zərbələrini təsdiqləyib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari sosial mediada yazıb: “Bu cinayətkar hücum bütün beynəlxalq qanunların və normaların kobud şəkildə pozulmasıdır və qətərlilərin və Qətər sakinlərinin təhlükəsizliyinə ciddi təhdid yaradır”. O vurğulayıb ki, Doha İsrailin ehtiyatsız davranışına, regional təhlükəsizliyə davamlı zərbə vurmasına və ya Qətərin təhlükəsizliyi və suverenliyinə qarşı yönəlmiş hər hansı hərəkətlərə dözməyəcək.

İsrailin baş nazirinin ofisi isə bildirib ki, əməliyyat tamamilə İsrailin təşəbbüsüdür: İsrail tərəfindən başlayıb, İsrail tərəfindən həyata keçirilib və buna görə bütün məsuliyyət İsrailin üzərinə düşür. Bildirilib ki, əməliyyatın həyata keçirilməsi qərarı Qüds və Qəzzada baş verən son hücumlardan sonra verilib. Xatırladaq ki, sentyabrın 8-də səhər saatlarında Qüdsün Ramot qovşağında iki silahlı şəxs avtobusa minərək sərnişinlərə atəş açaraq, 4 nəfəri öldürüb.  İsrail rəhbərliyinin fikrincə, Dohadakı əməliyyat həddindən artıq dəqiqlik və səmərəliliklə həyata keçirilib və tamamilə əsaslandırılıb.

İDF məlumat yayıb...

İDF-nin məlumatına görə, öldürülən HƏMAS liderləri təşkilatın fəaliyyətində uzun illərdir iştirak edirlər və 7 oktyabr 2023-cü il hücumuna görə birbaşa məsuliyyət daşıyırlar. İsrail ordusunun bəyanatında deyilir ki, hücumdan əvvəl İsrail mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər görüb və dəqiq idarə olunan hərbi sursatlardan istifadə edib. “IDF və Şin Bet oktyabrın 7-də törədilən qırğına görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını məğlub etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək”, - deyə İDF bildirib.

Vaşinqton məlumatlandırılıb - amma iştirak etməyib: Ağ Evdə ciddi narazılıq

İsrailin dövlət televiziyası Kanın məlumatına görə, İsrail Dohada Həmas liderlərinə zərbə endirmək planları barədə Vaşinqtonu məlumatlandırıb. Baş verənlər Ağ Evdə ciddi narazılıq yaradıb. “Axios” nəşri hücumun Ağ Evdə sarsıntıya səbəb olduğunu və ABŞ prezidenti Donald Trampın müşavirlərinı qəzəbləndirdiyini yazıb. ABŞ tərəfi əslində HƏMAS-ın Trampın Qəzzada sülh təşəbbüsünə cavabını gözləyirdi. Məlumata görə, Trampın nümayəndəsi Stiv Vitkoff qətərliləri əvvəlcədən xəbərdar etməyə çalışsa da, bombalar artıq hədəfə düşmüşdü. İsrailin baş naziri Benyamin Netanyahuya yaxın müşavir Ron Dermer isə planı bildiyi halda Kuşner və Vitkoffla görüşdə bunu gizlədib. Donald Tramp Netanyahuyla telefon danışığında narahatlığını ifadə edib, lakin Netanyahu hücumun sülh prosesinə kömək edəcəyini iddia edib. Tramp isə Qətər əmiri və baş naziri ilə danışaraq “belə hücum bir daha təkrarlanmayacaq” sözünü verib. Ağ Evin mətbuat katibi Karolin Livitt bəyan edib ki, “Qətər bizim güclü müttəfiqimizdir. Onun ərazisinə zərbə nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət edir”. O, həmçinin bildirib ki, prezident Tramp bütün girovların və ölənlərin cəsədlərinin azad edilməsini və müharibənin dərhal dayandırılmasını istəyir. Qeyd olunur ki, hücum ABŞ-ın regiondakı ən böyük hərbi bazasının yaxınlığında baş verib.

Qətər isə əvvəlcədən məlumatlandırılmadığını bildirir. Vurğulandığı kimi, Qətər İsrail və HƏMAS arasında danışıqlar prosesində (Misir və ABŞ ilə birlikdə) əsas platforma və vasitəçi ölkələrdən biridir. “Əl-Cəzirə” HƏMAS-dakı mənbəyə istinadən xəbər verir ki, Dohaya hücum Həmas rəhbərliyinin Qəzza zolağında atəşkəslə bağlı Amerikanın təklifini müzakirə etmək üçün toplaşdığı vaxta təsadüf edib. Danışıqlarda vasitəçi kimi iştirak edən Misir də İsrailin zərbələrini qətiyyətlə pisləyib və bunu Qətərin suverenliyinə birbaşa hücum adlandırıb. Misir prezidentinin bəyanatında deyilir: “Misir Qətər Dövlətinin rəhbərliyi və xalqı ilə tam həmrəyliyini ifadə edir və beynəlxalq ictimaiyyəti İsrailin bu kobud pozuntusuna görə hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə, İsrailin təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə və məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırır”.

HƏMAS-a son xəbərdarlıq edilmişdi...

Yeri gəlmişkən, sentyabrın 7-də ABŞ NƏMAS-a xəbərdarlıq etmiş və girovların qatarılmasının zərurətini önə sürmüşdü. Bundan sonra HƏMAS masa arxasında müzakirələrə hazır olduğun demişdi. Qrup “İsrailin gələcək razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirəcəyinə zəmanət” tələb edib. İsrail tərəfinin məlumatına görə, HƏMAS Qəzza zolağında 20 canlı girov və 28 meyit saxlamağa davam edir. İsrail hakimiyyəti bəyan edib ki, onlar “qismən sövdələşmələrdə” maraqlı deyillər, bütün girovların eyni vaxtda azad edilməsində israrlıdırlar və HƏMAS ilə mümkün danışıqların nəticəsindən asılı olmayaraq Qəzza şəhəri üzərində nəzarəti bərqərar edəcəklər.

Beynəlxalq aləm diplomatik səylərə üstünlük verməyə çağırış edir

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud, BƏƏ baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, Fələstinin vitse-prezidenti Hüseyn Əl-Şeyx, Misir Prezidenti Əbdülfəttah Əl-Sisi, BMT-nin Baş katibi Antonio Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Abul Qeyt hücumu pisləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də İsraili BMT Nizamnaməsini pozmaqda ittiham edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailin Dohada HƏMAS nümayəndə heyətinə qarşı həyata keçirdiyi hücuma sərt reaksiya verib. Ərdoğan bəyan edib ki, bu addım azğın Netanyahu hökumətinin bölgədə qarşıdurmanı və qeyri-sabitliyi dərinləşdirmək niyyətini bir daha göstərib: “Beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulması olan bu hücum, qardaş ölkə Qətərin təhlükəsizliyini və əmin-amanlığını hədəf almışdır. Bu hücumu qətiyyətlə lənətləyirəm”.

Türkiyə lideri bildirib ki, Ankara həm Fələstin xalqının, həm də strateji tərəfdaşı Qətərin yanında olacaq: “Türkiyə bütün imkanları ilə fələstinli qardaşlarının, müttəfiqi, strateji tərəfdaşı və dostu olan Qətər Dövlətinin yanındadır. Terrorizmi dövlət siyasəti halına gətirənlər heç vaxt məqsədlərinə çata bilməyəcəklər”.

Azərbaycan Xarici İşlər Nazirliyi də Qətərin paytaxtı Dohaya edilən hücuma dair açıqlama verib. Qurumun “X” sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib: “Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq”.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri