HƏMAS İsraili Qəzza planının ikinci mərhələsini qəbul etməyə çağırıb
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vasitəçilər və Sülh Şurası İsrailə təzyiq göstərməli, onu Qəzza zolağında atəşkəs sazişinə əməl etməyə və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməyə məcbur etməlidir.
Modern.az xəbər verir ki, bu barədə Misirin Əl-Alameyn şəhərində keçirilən danışıqların yekunlarına dair yayımlanan açıqlamada HƏMAS hərəkatı bildirib.
“Biz vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza ilə bağlı saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə məcbur etməyə çağırırıq”, – deyə qeyd olunub.
HƏMAS bir daha “onlara təklif olunan yol xəritəsi ilə razı olduqlarını” təsdiqləyiblər. Lakin həmin yol xəritəsinin nələri əhatə etdiyini açıqlamayıblar.
Öz növbəsində, Al Arabiya telekanalının mənbələri bildiriblər ki, HƏMAS ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə danışıqlar zamanı hərəkat tərəfdarlarının silahlarının Qəzzada qalmasına nail olmağa çalışıb. Lakin telekanalın məlumatına görə, Vaşinqton silahların anklavdan kənara çıxarılmasında israr edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 17 Avqust 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















