HƏMAS növbəti danışıqlara qədər İsraili 600 fələstinlini azad etməyə çağırıb
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
HƏMAS İsraili Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 600-ə yaxın fələstinli məhbusun azad olunmasını gecikdirdiyinə görə tənqid edib.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
HƏMAS-ın siyasi bürosunun sözçüsü Basem Naim verdiyi yazılı açıqlamada təşkilatın razılaşmanın bütün müddəalarına tam əməl etdiyini, İsrailin hərəkətlərinin isə razılaşmanın pozulması və potensial olaraq müharibənin yenidən başlaması riskini artırdığını bildirib.
O, İsrailin 600 fələstinlini azad etməyənə qədər razılaşmanın ikinci mərhələsi üzrə danışıqları qeyri-mümkün olduğunu söyləyib.
Xatırladaq ki, fevralın 22-də HƏMAS daha 6 israilli əsiri azad edib və özü tərəfdən sövdələşmənin birinci mərhələsinin başa çatdığını elan edib. İsrail həmin gün 602 fələstinli məhbusu həbsdən azad etməli idi. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS israilli əsirləri təhvil verərkən həyata keçirdiyi “alçaldıcı mərasimləri” dayandırana qədər həmin məhbusların azadlığa buraxılması təxirə salınacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Fevral 2025 01:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















