HƏMAS Siyasi Bürosunun Türkiyə köçməsi xəbərinə aydınlıq gətirildi
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən “NTV” telekanalı yayıb.
“HƏMAS nümayəndələri mütəmadi olaraq Türkiyəyə səfər edirlər, lakin hərəkatın Siyasi Bürosunun ölkəyə köçməsinə dair iddialar doğru deyil”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Bunun Qətərin Qəzza ilə bağlı danışıqlarda öz vasitəçiliyinin dayandırılmasını elan etməsindən sonra baş tutduğu qeyd olunub.
“Financial Times” qəzeti isə öz növbəsində iddia edib ki, Qətər ABŞ-nin təzyiqi altında HƏMAS rəhbərliyinin ölkəni tərk etməsini istəyib. Buna səbəb kimi isə, hərəkatın dəfələrlə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar çərçivəsində israilli girovların azad edilməsinə dair vasitəçilərin təkliflərini rədd etməsi göstərilib.
Onu da bildirək ki, HƏMAS-ın Dohadakı Siyasi Bürosu 2012-ci ildən fəaliyyət göstərirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















