Həmcinsini yarıçılpaq şəkilləri ilə şantaj edən qadından XƏBƏR VAR
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ali Məhkəmədə hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Sona Əhmədova iş yoldaşı T.Bayramova vasitəsilə X.Babayevaya üç min manat faizə pul verib. Ancaq ayın tamamında X.Babayeva həmin pulu qaytara bilməyib. S.Əhmədova bu səbəbdən X.Babayevanı yarıçılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra X.Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda T.Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələbetmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əhmədova 4 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. (Pravda.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 16 Mart 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















