Həmcinsini yarıçılpaq şəkilləri ilə şantaj edib pulunu mənimsəyən qadına AĞIR CƏZA
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Sona Əhmədova 4 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışı zamanı Sona Əhmədovanın 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıçılpaq şəkilləri ilə şantaj etməkdə təqsirləndirilir. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Onun barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli


