Icma.az
close
up
RU
Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb EKSPERT DANIŞDI

Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb EKSPERT DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Həmişəki kimi, yenə Azərbaycanda fevral, mart, aprel və may aylarının əvvəllərində kartof və soğanın qiymətinin bahalaşması müşahidə olunur. Bu, artıq ənənə halını alıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Azərbaycanda ölkə əhalisinin tələbatının 80-90%-ni ödəyə bilən həcmdə kartof istehsal olunur. Amma məsələ ondadır ki, bu kartof istehsalı bəzi hallarda mart, bəzi hallarda isə fevral ayında tükənir. Tükənmədən sonra kartofun qiyməti dəyişir və bahalaşır.

İndi də artıq mart ayının əvvəllərində ölkədə kartof ehtiyatının tükənməsi müşahidə edilib. Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb.

Yəni, hal-hazırda Azərbaycanda satış mərkəzlərində satılan kartofların hamısı demək olar ki, idxal məhsuludur. Üstəlik, bu idxal məhsulu geniş şəkildə idxal edilmir. Xaricdən gətirilən kartofu sahibkarlar çox həssas həcmdə gətirirlər. Hazırda o dövrdür ki, artıq Azərbaycanda yeni kartofun bazara çıxması üçün günlər qalıb. Hətta bəzi bazarlarda yeni kartof piştaxtalarda görünməkdədir. Yeni kartofun çıxması ilə isə sözsüz ki, kartofun qiyməti ucuzlaşacaq. Xaricdən kartof gətirən sahibkarlar bunu nəzərə alaraq kartofun həcmini müəyyən kriteriyalara uyğunlaşdırırlar. Yəni, kütləvi şəkildə iri həcmli partiyalar idxal edilmir, xırda həcmli partiyalarla kartof idxal edilir ki, yeni kartof çıxana qədər idxal kartofu satılsın və istifadə olunsun. Anbarlarda yığılıb qalmasın. Çünki yeni kartof çıxanda qiymətlər ucuzlaşacaq. Bir tərəfdən, idxal olunan kartofun alıcısı olmayacaq, digər tərəfdən isə onun qiyməti aşağı düşəcək. Buna görə də bu keçid mərhələsində kartofun qiyməti kifayət qədər bahalaşıb. Amma demək olar ki, 1 həftədən- 10 gündən sonra yeni kartof artıq kütləvi şəkildə bazara çıxarılacaq. Azərbaycanda artıq yeni kartofun idxalına başlanacaq. Ona görə də kartofun qiyməti kifayət qədər ucuzlaşacaq. Yəni, qısa və həssas dövrdə kartofun qiyməti müxtəlif satış mərkəzlərində müxtəlif qiymətlərlə təklif olunur. Hal-hazırda 1 manat 30 qəpiklik kartof da var, 5 manata da var.

Kartofun 5 manata satılması isə artıq bazar iştirakçılarının öz marketinq strategiyasından asılıdır. Yəni, elə adamlar var ki, elitar yerlərdə özləri üçün satış mərkəzləri açıblar və bu mərkəzlərə seçilmiş, standart və təmiz kartofları təklif edirlər. Onları 4-5 manata sata bilərlər. Amma ümumilikdə kartofun 4-5 manata satılmasına razılaşmıram. Xüsusi yerlərdə belə qiymətlər ola bilər, amma ümumi bazarlarda 5 manata kartof yoxdur, ən baha 2 manatdır”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri