Həmin epizodlarda qol vura bilsəydik... Kaxaber Sxadadze
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qəbələ" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qəbələ" - "Turan Tovuz" matçından (0:3) sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis üç cavabsız qolla məğlub olmaları barədə fikirlərini bölüşüb:
"Oyunun gedişatı barədə çox danışmaq istəmirəm. İlk növbədə "Turan Tovuz"u təbrik edirəm. Matça olduqca uğursuz başladıq və ilk dəqiqələrdə iki top buraxdıq. "Turan Tovuz" kimi təcrübəli rəqibə qarşı erkən qollar buraxdıqdan sonra oyuna qayıtmaq çətin olur. Rəqibin ikinci qolundan sonra bir neçə real imkan qazandıq, amma təəssüf ki, bunları dəyərləndirə bilmədik. Əgər həmin epizodlarda qol vura bilsəydik, oyunun axarı dəyişə bilərdi.
İkinci hissənin əvvəlində isə öz qapımıza vurduğumuz qol vəziyyəti daha da çətinləşdirdi. Bundan sonra komanda istədiyi oyunu sərgiləyə bilmədi. "Turan Tovuz" müdafiədə çox intizamlı çıxış edir və onların müdafiəsini yarmaq həqiqətən də çox çətindir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Fevral 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















