Icma.az
close
up
RU
“Kaxaber Sxadadze düzgün hərəkət etmədi”

“Kaxaber Sxadadze düzgün hərəkət etmədi”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən mövsümü 1-ci liqada çempion olaraq elitaya yüksələn “Qəbələ” hələ də premyer-liqaya uyğunlaşana oxşamır.

Belə ki, 7 oyundan sonra 4 xala malik olan “qırmızı-qaralar” yalnız xala həsrət qalan “Kəpəz”i qabaqlayır. 7 oyunun 5-də qol vuran, hesabda önə keçən “Qəbələ” 4 oyunda üstünlüyü qoruya bilməyib. “Şamaxı” ilə oyundan sonra baş məşqçi Kaxabar Sxadadze onu istefaya səsləyən azarkeşlərlə mübahisə yaşadı.
Bu məqamlarla bağlı “Red-Black Army”nin sabiq rəhbəri, “Qəbələ” azarkeşi Nəriman Təbrizin fikirlərini öyrəndik.

“Oyun baxımından komandadan razıyıq. Futboldan anlayışı olan adam oyuna baxanda məşqçi işini hiss edir. Bir var kor-təbii şəkildə oynayıb bu vəziyyətdə olasan, bir də var yaxşı oyunla. “Araz-Naxçıvan”la matçın 2-ci hissəsi istisna olmaqla, bütün oyunları yaxşı keçirmişik. “Qarabağ”la matçda da hücum planında zəif idik. O oyunda da 20-ci saniyədə qırmızı vərəqə almışdıq, yaxşı müdafiə olunduq. Komandanın mübarizəsindən razıyıq. Amma nəticə eynidi. Məşqçimizdən də razıyıq. Yeganə problem qələbə qazana bilməməyimizdi. Oyun var, nəticə yoxdu. Bəli, məşqçinin etiraf etdiyi kimi seleksiya işləri çox pis aparılıb. Yerli futbolçuların 90 faizi ötən mövsüm də komandada oynayanlar idi. Onlar komandanın özəyidi. Bu mövsüm komandaya qoşulan bir neçə legioner premyer-liqa səviyyəsində deyil. Futbolun içində səhvlər də olur, düzlər də. Ümid edirik ki, qış fasiləsindən sonra daha da güclənib qələbələri sıralaya bilərik. Çünki baxımlı oyun var, məşqçi işi var. Sxadadzenin azarkeşlərlə mübahisəsinə gəlincə, stadionda olan bir nəfər kimi deyirəm ki, azarkeş məşqçiyə pis heç nə deməmişdi. Sadəcə, 7 oyuna 4 xal toplayan komandanın baş məşqçisini istefaya səsləyirdi. Bu da normaldı. Futbolun yazılmayan qanunudu ki, nəticə yoxdusa, birinci günah məşqçidə axtarılır. Mən Kaxaber bəyə çox inanıram. Amma baş məşqçi düzgün hərəkət etmədi. Peşəkar məşqçi nəinki azarkeşin üstünə getməməli, heç cavab da qaytarmamalıydı. İnanıram ki, Kaxaber Sxadadze daha çox işləyərək komandanı bu vəziyyətdən çıxaracaq. Azarkeşlər də bir neçə futbolçunu çıxmaq şərti ilə komandaya və məşqçiyə inanır. Nəticələrin gələcəyinə də ümid edirik. Amma güclənməli olduğumuz mövqelər var. Xüsusən də hücum planında. Bir daha deyirəm, Sxadadzenin hərəkəti düzgün deyildi. Azarkeş isti evini qoyub gəlib stadiondan oyuna baxır, ona cavab qaytarılmamalıydı. Bu azarkeşlərin sayı 5 nəfər də ola bilər, 5 min də”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri