Icma.az
close
up
RU
“Həmin güllə qardaşıma yox, atama dəydi” FOTO

“Həmin güllə qardaşıma yox, atama dəydi” FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Musavat.com-un növbəti həmsöhbəti mərhum xalq artisti, səhnəmizin "Gəray bəy"i Həsənağa Turabovun qızı Sevinc Turabovadır.

- Sevinc xanım, bu yaxınlarda ananız Solmaz xanımı itirdiniz, Allah rəhmət etsin! Gəlin, söhbətimizə valideynlərinizin tanışlığından danışmaqla başlayaq.

- Valideynlərim eyni məktəbdə oxuyublar, həm də evləri yaxın idi. Onlar bir-birlərini elə orta məktəbdən sevirmişlər. Məktəbi bitirəndən sonra da anamgil ayrılmırlar. Lakin anamın valideynləri onu atama vermək istəmirlərmiş. Hətta elçi gedəndə də atamagilə "yox" cavabı verilib. Anamı istəyənlər çox olub, lakin o deyib ki, ya Həsənağa ilə evlənəcək, ya da ərə getməyəcək.

Anam həmin günlərlə bağlı bir xatirəsində danışırdı ki, axşam saat 11-də pəncərədən baxırmış. Hava zülmət qaranlıq imiş. Birdən atamın əlində siqaret fikirli onların pəncərəsinə baxdığını görüb... Atam ikinci dəfə də anama elçi gedib, yenə "yox" cavabı alıb. Atam bakılı, anam isə şuşalı idi. Ona görə də ailələr düşünürmüş ki, onlarınkı tutmaz. Anam atama deyib: "Həsənağa, məni sənə verməyəcəklər".

Beləliklə, qərara gəliblər ki, anam atama qoşulub qaçsın. Evdən çıxan kimi birbaşa nikah bağlamağa gediblər. Oradan isə atamın evinə gəlib, kiçik məclis təşkil edib evləniblər. Sonradan atam nənəmlə babamın ən sevimli kürəkəni olub, ona oğul kimi baxırmışlar. Atam hara çəkilişə gedirdisə, anamı da özü ilə aparırdı.

- O vaxtlar xanımlar sevdiyi aktyorlara məktublar yazırdılar, sevgilərini bildirirdilər. Atanız da yaraşıqlı kişi olub. Bu, ananızı qıcıqlandırmırdı ki?

- Atam elə ona görə bütün çəkilişlərə anamı özü ilə aparırdı. Deyirdi, qoy hər şeyi gözü ilə görsün ki, qısqanclıq yaranmasın. Anamdan çox mən qısqanc idim. Qoymurdum ki, bir qız atama gül versin. O vaxtlar tamaşa saat 11-də bitirdi. Aktyorlar teatrdan çıxanda camaat qapı qarşısında gözləyirdi. Atama da böyük maraq var idi.

Anam da çox gözəl qadın idi. Hətta məktəbdə oxuyarkən onu hansısa kinoya çəkmək istəyirmişlər, atam buna imkan verməyib. Bunları mənə anam danışıb.

- Həsənağa Turabov necə ata idi?

- Çox gözəl ata və dost idi. Heç nəyi böyütməzdi. Qardaşlarıma da, mənə də deyərdi ki, heç nəyi davaya çevirməyək. İnsan səhv edə bilər, sadəcə bu səhvin baş vermə səbəbini öyrənmək lazımdır. Hər şeyi bizə təmkinlə başa salardı. Çox qayğıkeş idi.

Bir dəfə Qubaya getmişdik, onun çəkilişi var idi. Mən orada bir qoz ağacının yaxınlığında yıxıldım. İnanmazsınız, o, özünü elə sürətlə mənə çatdırıb qucağına aldı ki, heç ağlamadım. Eldar Quliyevlə bulvarda gəzəndə məni də özü ilə aparırdı. Haçansa bizi cəzalandırdığını xatırlamıram. Mən oğlumun üstünə acıqlananda deyirdi ki, ona qışqırma, başa sal. Oğlumun 27 yaşı var, indi də babasının həmin sözlərini xatırlayır.

- Adətən aktyorların gününün çoxu teatrda, kino çəkilişlərində, qastrollarda keçirdi. Ailəyə az vaxt ayıra bilirdilər. Hətta sənətinə görə ailəsindən ayrılan sənətçilərimiz də var idi. Bu baxımdan Həsənağa bəy sizə yetərincə vaxt ayıra bilirdimi?

- Tamaşaların bütün məşqlərinə məni aparırdı. Elə tamaşası var idi ki, mən ona dalbadal 3 dəfə baxmışam. Yaşar Nuri deyirdi ki, Turabov, bu qız teatra çox bağlıdır, aktrisa olacaq.

Tamaşadan sonra atamı qrim otağında gözləyirdim. Yəni bizim ata həsrətimiz olmayıb. Birgə çoxlu vaxt keçirmişik. Atam qardaşlarımla da dost idi. Sadəcə olaraq ailənin tək qızı olduğum üçün mənə xüsusi sevgisi var idi.

- Qardaşınız Yalçın indi haradadır, hansı peşənin sahibidir?

- Hər iki qardaşım - Daşqın və Yalçın polis sistemində çalışırdılar. Daşqın Siyəzəndə əməliyyat zamanı çox gənc yaşında həyatını itirdi, Yalçın isə Bakıda işləyirdi, indi pensiyaya çıxıb, 66 yaşı var. Mən məktəbdə alman dili üzrə dərs deyirəm. Məni bu peşəyə atam yönəldib. Dedi, anamın yolu ilə gedim.

Atam qardaşlarımın iş seçiminə və ailə qurmalarına qarışmadı. Dedi, sevgi elə bir şeydir ki, gərək özləri seçib evlənsinlər. Atam Daşqının aktyor olmasını istəyirdi, lakin qardaşımın marağı yox idi. O, "Qəm pəncərəsi" filmində Cəlil Məmmədquluzadənin uşaqlıq obrazını yaratmışdı. "Mənim ailəm" filmində də çəkilib. Lakin atam gördü ki, onun bu işə həvəsi yoxdur. Ona görə də istədiyi peşəni seçməsinə imkan verdi.

- Atanız sənət yoldaşlarından kimlərlə dostluq edirdi?

- Dostları çox idi, amma evimizə gələn 3-4 nəfər olurdu. Onlardan biri Vaqif İbrahimoğlu idi. Siyavuş Aslanla, Yaşar Nuri ilə yaxın idilər. Daha sonra Kamal Abdulla, Eldar Quliyev bizə gəliblər.

Bunlardan başqa, yerdə qalanlarla münasibəti iş səviyyəsində olardı. Evdə də işdən danışmazdı. Bir də görürdüm ki, otağın qapısını bağlayıb məşq edir. İşi barəsində nəsə soruşanda deyərdi ki, hər şey yaxşıdır. Heç vaxt işin söhbətini evə gətirməzdi. Ona görə də teatrda baş verənlərdən xəbərimiz olmazdı.

Evinə, ailəsinə bağlı adam idi. Dostları harasa yığılıb gedəndə o, evinə gələrdi, vaxtını ailəsi ilə keçirərdi. Hər gün axşam birgə şam yeməyi yeyərdik.

İnstitutda oxuyanda məni dərsdən o götürərdi. Qızlar onu görəndə hay-həşir salırdılar ki, instituta aktyor gəlib. Atam məni o qədər çox istəyirdi ki, hətta ailə quranda yoldaşıma vermək istəmirdi. Qızının evindən köçüb getməsini qəbul edə bilmirdi.

- İnsanlar küçədə ona yaxınlaşıb xoş sözlər deyirdilər?

- Qardaşım rəhmətə gedəndən sonra atam qəfildən yaşlandı. 65 yaşı var idi, elə bilirdin ki, 80 yaşındadır. İstəmirdi ki, kimsə onu görsün. Bir dəfə küçədə gəzəndə ona yaxınlaşıb deyiblər: "Siz çox əldən düşmüsünüz". Bu, ona bərk təsir etmişdi. Ondan sonra axşam 12-də həyətə düşüb gəzirdi. Həmin vaxt teatrın direktoru idi, amma daha tamaşalarda oynamırdı. Rollarından imtina etmişdi.

Daşqının ölümü atamın bütün həyatını dəyişdi. Evə zəng edib dedilər ki, bəs əməliyyat zamanı Daşqını vurublar. Atam donub qaldı, dedi, ola bilməz, onu necə vura bilərlər. Həmin güllə sanki Daşqına yox, atama dəydi. Biz qışqırıb ağladıq, o isə sakitcə durub ancaq bir sözü deyirdi: "ola bilməz". Rəngi ağappaq olmuşdu. İnana bilmirdik ki, Qarabağ müharibəsindən sağ çıxan qardaşım hansısa narkomanın gülləsindən ölər.

- Daşqın evli idi?

- Bəli, vəfat edəndə 35 yaşı var idi. Özündən sonra bir qız övladı qaldı. Həyatcanlı oğlan idi, hər şeyə pozitiv yanaşardı. Sanki atamın özü idi. Eyni xasiyyəti daşıyırdılar. Dediyi sözü edərdi, dava sevməzdi.

- Qardaşınızın qızı indi haradadır?

- Qızı indi ailəlidir, Türkiyədə yaşayır. Əlaqəmiz yoxdur.

- Daşqından sonra Həsənağa Turabovun ömründə bir çöküş dövrü başlayıb...

- Bəli. Həyata marağını itirdi. 1997-ci ildə qardaşım vəfat etdi, 2003-cü ildə də atam rəhmətə getdi. Mən 1997-ci ildə doğulan övladımın adını Daşqın qoydum. Həm atam, həm də anam bütün meyllərini mənim oğluma saldılar. İndi həmin uşağın 27 yaşı var. Atam oğlumla nəfəs alırdı. Deyirdi ki, onu böyüdəcək, boya-başa çatdıracaq. Ən yorğun vaxtında da oğlumu yaddan çıxarmazdı, onu gəzməyə aparardı.

Atam rəhmətə gedəndə oğlum Daşqının 5 yaşı var idi. Fevralın 23-ü oturub söhbət etdik, özünü yaxşı hiss edirdi. Oğlum Daşqın da mənim otağımda idi. Ayağa durub dedi ki, Daşqın hanı? Elə bu an əlini divara qoyub dayandı. Oğlum otaqdan hay verdi. Atam divara söykənib durmuşdu. Başımı qaldırıb gördüm ki, atam elə vəziyyətdə keçinib. Hay-küy saldım, həkimi gəlib baxıb dedi ki, damarını tromb tutub. Onu qardaşımın yanında - Qurd qapısı qəbiristanlığında dəfn etdik.

Ölümündən bir həftə əvvəl atam anamı çağırıb demişdi ki, mən ölsəm, oğlumun yanında basdırın.

Qardaşımdan sonra sanki bizim üçün həyat dayandı. Saçım ağardı, əvvəlki kimi sevinə bilmədim. Atamın da belə qəfil gedişi bizə ağır zərbə oldu. Anam cavan yaşında insult keçirdi. Onun da üzərində titrəyirdim, qoruyurdum. Anamın vəfatı da ağır dərd oldu. Hələ də özümə gələ bilməmişəm.

- Atanızdan sonra "AzDrama"ya tamaşaya baxmağa getmisiniz?

- Bir dəfə getmişəm. İstəmirəm, atam yoxdur deyə ora mənə qəribə gəlir. Halbuki uşaqlığım orada keçib, böyük xatirələrim var. İndi daha maraqlı gəlmir.

- Aktyorun hansı obrazını ən çox sevirdiniz?

- Gəray bəy obrazı mənə çox doğmadır. Balaca olanda uşaqlar mənə deyirdi ki, sən Gəray bəyin qızısan, Cəlalı sənə görə öldürüblər. Ağlım kəsmirdi, oturub ağlayırdım.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri