Icma.az
close
up
RU
“Həmin güllə qardaşıma yox, atama dəydi” “Gəray bəy”in qızı ilə MÜSAHİBƏ FOTO

“Həmin güllə qardaşıma yox, atama dəydi” “Gəray bəy”in qızı ilə MÜSAHİBƏ FOTO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakupost.az mərhum xalq artisti, səhnəmizin “Gəray bəy”i Həsənağa Turabovun qızı Sevinc Turabovanın musavat.com-a verdiyi müsahibəni təqdim edir.

- Sevinc xanım, bu yaxınlarda ananız Solmaz xanımı itirdiniz, Allah rəhmət etsin! Gəlin, söhbətimizə valideynlərinizin tanışlığından danışmaqla başlayaq.

- Valideynlərim eyni məktəbdə oxuyublar, həm də evləri yaxın idi. Onlar bir-birlərini elə orta məktəbdən sevirmişlər. Məktəbi bitirəndən sonra da anamgil ayrılmırlar. Lakin anamın valideynləri onu atama vermək istəmirlərmiş. Hətta elçi gedəndə də atamagilə “yox” cavabı verilib. Anamı istəyənlər çox olub, lakin o deyib ki, ya Həsənağa ilə evlənəcək, ya da ərə getməyəcək.

Anam həmin günlərlə bağlı bir xatirəsində danışırdı ki, axşam saat 11-də pəncərədən baxırmış. Hava zülmət qaranlıq imiş. Birdən atamın əlində siqaret fikirli onların pəncərəsinə baxdığını görüb... Atam ikinci dəfə də anama elçi gedib, yenə “yox” cavabı alıb. Atam bakılı, anam isə şuşalı idi. Ona görə də ailələr düşünürmüş ki, onlarınkı tutmaz. Anam atama deyib: “Həsənağa, məni sənə verməyəcəklər”.

Beləliklə, qərara gəliblər ki, anam atama qoşulub qaçsın. Evdən çıxan kimi birbaşa nikah bağlamağa gediblər. Oradan isə atamın evinə gəlib, kiçik məclis təşkil edib evləniblər. Sonradan atam nənəmlə babamın ən sevimli kürəkəni olub, ona oğul kimi baxırmışlar. Atam hara çəkilişə gedirdisə, anamı da özü ilə aparırdı.

- O vaxtlar xanımlar sevdiyi aktyorlara məktublar yazırdılar, sevgilərini bildirirdilər. Atanız da yaraşıqlı kişi olub. Bu, ananızı qıcıqlandırmırdı ki?

- Atam elə ona görə bütün çəkilişlərə anamı özü ilə aparırdı. Deyirdi, qoy hər şeyi gözü ilə görsün ki, qısqanclıq yaranmasın. Anamdan çox mən qısqanc idim. Qoymurdum ki, bir qız atama gül versin. O vaxtlar tamaşa saat 11-də bitirdi. Aktyorlar teatrdan çıxanda camaat qapı qarşısında gözləyirdi. Atama da böyük maraq var idi.

Anam da çox gözəl qadın idi. Hətta məktəbdə oxuyarkən onu hansısa kinoya çəkmək istəyirmişlər, atam buna imkan verməyib. Bunları mənə anam danışıb.

- Həsənağa Turabov necə ata idi?

- Çox gözəl ata və dost idi. Heç nəyi böyütməzdi. Qardaşlarıma da, mənə də deyərdi ki, heç nəyi davaya çevirməyək. İnsan səhv edə bilər, sadəcə bu səhvin baş vermə səbəbini öyrənmək lazımdır. Hər şeyi bizə təmkinlə başa salardı. Çox qayğıkeş idi.

Bir dəfə Qubaya getmişdik, onun çəkilişi var idi. Mən orada bir qoz ağacının yaxınlığında yıxıldım. İnanmazsınız, o, özünü elə sürətlə mənə çatdırıb qucağına aldı ki, heç ağlamadım. Eldar Quliyevlə bulvarda gəzəndə məni də özü ilə aparırdı. Haçansa bizi cəzalandırdığını xatırlamıram. Mən oğlumun üstünə acıqlananda deyirdi ki, ona qışqırma, başa sal. Oğlumun 27 yaşı var, indi də babasının həmin sözlərini xatırlayır.

- Adətən aktyorların gününün çoxu teatrda, kino çəkilişlərində, qastrollarda keçirdi. Ailəyə az vaxt ayıra bilirdilər. Hətta sənətinə görə ailəsindən ayrılan sənətçilərimiz də var idi. Bu baxımdan Həsənağa bəy sizə yetərincə vaxt ayıra bilirdimi?

- Tamaşaların bütün məşqlərinə məni aparırdı. Elə tamaşası var idi ki, mən ona dalbadal 3 dəfə baxmışam. Yaşar Nuri deyirdi ki, Turabov, bu qız teatra çox bağlıdır, aktrisa olacaq.

Tamaşadan sonra atamı qrim otağında gözləyirdim. Yəni bizim ata həsrətimiz olmayıb. Birgə çoxlu vaxt keçirmişik. Atam qardaşlarımla da dost idi. Sadəcə olaraq ailənin tək qızı olduğum üçün mənə xüsusi sevgisi var idi.


- Qardaşınız Yalçın indi haradadır, hansı peşənin sahibidir?

- Hər iki qardaşım - Daşqın və Yalçın polis sistemində çalışırdılar. Daşqın Siyəzəndə əməliyyat zamanı çox gənc yaşında həyatını itirdi, Yalçın isə Bakıda işləyirdi, indi pensiyaya çıxıb, 66 yaşı var. Mən məktəbdə alman dili üzrə dərs deyirəm. Məni bu peşəyə atam yönəldib. Dedi, anamın yolu ilə gedim.

Atam qardaşlarımın iş seçiminə və ailə qurmalarına qarışmadı. Dedi, sevgi elə bir şeydir ki, gərək özləri seçib evlənsinlər. Atam Daşqının aktyor olmasını istəyirdi, lakin qardaşımın marağı yox idi. O, “Qəm pəncərəsi” filmində Cəlil Məmmədquluzadənin uşaqlıq obrazını yaratmışdı. “Mənim ailəm” filmində də çəkilib. Lakin atam gördü ki, onun bu işə həvəsi yoxdur. Ona görə də istədiyi peşəni seçməsinə imkan verdi.

- Atanız sənət yoldaşlarından kimlərlə dostluq edirdi?

- Dostları çox idi, amma evimizə gələn 3-4 nəfər olurdu. Onlardan biri Vaqif İbrahimoğlu idi. Siyavuş Aslanla, Yaşar Nuri ilə yaxın idilər. Daha sonra Kamal Abdulla, Eldar Quliyev bizə gəliblər.

Bunlardan başqa, yerdə qalanlarla münasibəti iş səviyyəsində olardı. Evdə də işdən danışmazdı. Bir də görürdüm ki, otağın qapısını bağlayıb məşq edir. İşi barəsində nəsə soruşanda deyərdi ki, hər şey yaxşıdır. Heç vaxt işin söhbətini evə gətirməzdi. Ona görə də teatrda baş verənlərdən xəbərimiz olmazdı.

Evinə, ailəsinə bağlı adam idi. Dostları harasa yığılıb gedəndə o, evinə gələrdi, vaxtını ailəsi ilə keçirərdi. Hər gün axşam birgə şam yeməyi yeyərdik.

İnstitutda oxuyanda məni dərsdən o götürərdi. Qızlar onu görəndə hay-həşir salırdılar ki, instituta aktyor gəlib. Atam məni o qədər çox istəyirdi ki, hətta ailə quranda yoldaşıma vermək istəmirdi. Qızının evindən köçüb getməsini qəbul edə bilmirdi.

- İnsanlar küçədə ona yaxınlaşıb xoş sözlər deyirdilər?

- Qardaşım rəhmətə gedəndən sonra atam qəfildən yaşlandı. 65 yaşı var idi, elə bilirdin ki, 80 yaşındadır. İstəmirdi ki, kimsə onu görsün. Bir dəfə küçədə gəzəndə ona yaxınlaşıb deyiblər: “Siz çox əldən düşmüsünüz”. Bu, ona bərk təsir etmişdi. Ondan sonra axşam 12-də həyətə düşüb gəzirdi. Həmin vaxt teatrın direktoru idi, amma daha tamaşalarda oynamırdı. Rollarından imtina etmişdi.

Daşqının ölümü atamın bütün həyatını dəyişdi. Evə zəng edib dedilər ki, bəs əməliyyat zamanı Daşqını vurublar. Atam donub qaldı, dedi, ola bilməz, onu necə vura bilərlər. Həmin güllə sanki Daşqına yox, atama dəydi. Biz qışqırıb ağladıq, o isə sakitcə durub ancaq bir sözü deyirdi: “ola bilməz”. Rəngi ağappaq olmuşdu. İnana bilmirdik ki, Qarabağ müharibəsindən sağ çıxan qardaşım hansısa narkomanın gülləsindən ölər.

- Daşqın evli idi?

- Bəli, vəfat edəndə 35 yaşı var idi. Özündən sonra bir qız övladı qaldı. Həyatcanlı oğlan idi, hər şeyə pozitiv yanaşardı. Sanki atamın özü idi. Eyni xasiyyəti daşıyırdılar. Dediyi sözü edərdi, dava sevməzdi.

- Qardaşınızın qızı indi haradadır?

- Qızı indi ailəlidir, Türkiyədə yaşayır. Əlaqəmiz yoxdur.

- Daşqından sonra Həsənağa Turabovun ömründə bir çöküş dövrü başlayıb...

- Bəli. Həyata marağını itirdi. 1997-ci ildə qardaşım vəfat etdi, 2003-cü ildə də atam rəhmətə getdi. Mən 1997-ci ildə doğulan övladımın adını Daşqın qoydum. Həm atam, həm də anam bütün meyllərini mənim oğluma saldılar. İndi həmin uşağın 27 yaşı var. Atam oğlumla nəfəs alırdı. Deyirdi ki, onu böyüdəcək, boya-başa çatdıracaq. Ən yorğun vaxtında da oğlumu yaddan çıxarmazdı, onu gəzməyə aparardı.

Atam rəhmətə gedəndə oğlum Daşqının 5 yaşı var idi. Fevralın 23-ü oturub söhbət etdik, özünü yaxşı hiss edirdi. Oğlum Daşqın da mənim otağımda idi. Ayağa durub dedi ki, Daşqın hanı? Elə bu an əlini divara qoyub dayandı. Oğlum otaqdan hay verdi. Atam divara söykənib durmuşdu. Başımı qaldırıb gördüm ki, atam elə vəziyyətdə keçinib. Hay-küy saldım, həkimi gəlib baxıb dedi ki, damarını tromb tutub. Onu qardaşımın yanında - Qurd qapısı qəbiristanlığında dəfn etdik.

Ölümündən bir həftə əvvəl atam anamı çağırıb demişdi ki, mən ölsəm, oğlumun yanında basdırın.

Qardaşımdan sonra sanki bizim üçün həyat dayandı. Saçım ağardı, əvvəlki kimi sevinə bilmədim. Atamın da belə qəfil gedişi bizə ağır zərbə oldu. Anam cavan yaşında insult keçirdi. Onun da üzərində titrəyirdim, qoruyurdum. Anamın vəfatı da ağır dərd oldu. Hələ də özümə gələ bilməmişəm.

- Atanızdan sonra “AzDrama”ya tamaşaya baxmağa getmisiniz?

- Bir dəfə getmişəm. İstəmirəm, atam yoxdur deyə ora mənə qəribə gəlir. Halbuki uşaqlığım orada keçib, böyük xatirələrim var. İndi daha maraqlı gəlmir.

- Aktyorun hansı obrazını ən çox sevirdiniz?

- Gəray bəy obrazı mənə çox doğmadır. Balaca olanda uşaqlar mənə deyirdi ki, sən Gəray bəyin qızısan, Cəlalı sənə görə öldürüblər. Ağlım kəsmirdi, oturub ağlayırdım.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Mart 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see225

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see211

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri