Icma.az
close
up
RU
Həmin iclas 6 ildən sonra Bakıda keçiriləcək

Həmin iclas 6 ildən sonra Bakıda keçiriləcək

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələn həftə Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçiriləcək.

Bu barədə Globalinfo.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Komissiyanın növbəti iclası yanvarın 13-də baş tutacaq. İclasda Azərbaycan tərəfdən həmsədr energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli olacaq.

Xatırladaq ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.

Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, təhsil və bərpa işləri də daxil olmaqla geniş sahələri əhatə edir. Tərəflər arasında strateji tərəfdaşlıq qorunur və İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir. Bununla yanaşı, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində aktiv iştirak etməyə dəvət olunur.

Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biridir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,88 milyard ABŞ dolları dəyərində 7,9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu həcm Azərbaycanın ümumi təbii qaz ixracının 38 %-ni təşkil edir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac olunan qazın həcmi 2 % azalsa da, dəyər ifadəsində 19,3 % artım qeydə alınıb.

İqtisadi göstəricilərə nəzər saldıqda, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11 milyard 242 milyon 802,7 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 25,21 %-nə bərabərdir.

Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac 10 milyard 803 milyon 334,02 min ABŞ dolları, İtaliyadan Azərbaycana idxal isə 439 milyon 468,68 min ABŞ dolları olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 9,7 % artdığını, idxalın isə 7,1 % azaldığını göstərir.

Ticarət dövriyyəsinin əsas hissəsi xam neftin payına düşür. Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton xam neft ixrac edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 %, həcm baxımından isə 28,5 % artım deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri