Icma.az
close
up
RU
“Həmin köçürülən pullar da qonorarımla bağlı olub”

“Həmin köçürülən pullar da qonorarımla bağlı olub”

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

O, suallara cavab olaraq bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib:

“Müqavilə əsasında Fərhad Əhmədova işləri ilə bağlı məsləhətlər vermişəm. Əhmədovun yaxtasını həbsdən azad etmək üçün hüquqşünaslar və bəzi adamlarla görüşlər keçirmişəm. Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi yardım, texniki yardım kimi məsələlərlə yardım eləmişəm. Fərhad Əhmədovun oğluyla yaxtanın həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı qurmaq və bu işlərin həllini təmin etmək idi. Mən onların mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, yaxta azad olunsaydı, bonus alacaqdı: “Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi. Hər ikimizin ortaq dostlarımız vardı. Onların sayəsində bir-birimizi tanıdıq. Sonra yaxta ilə bağlı söhbət etdik və görüləcək işlərlə bağlı müqavilə imzaladıq. Müqaviləyə əsasən də hüquqi, texniki və maliyyə məsələlərini həll etməliydim. Aleksandr Benallanı (Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri) orada hamı tanıyırdı. Onunla hər hansı biznesim olmayıb. Benalla da Fransa Administrasiyasından çıxarılandan sonra Dubayda hüquq işləri ilə məşğul olurdu. Fərhad Əhmədovun yaxtasının azad olunması ilə bağlı işə o da qoşulmuşdu”.

Anass Derraz qeyd edib ki, imzalanan müqavilələrə görə də onun qonorarı olmalıydı: “Həmin köçürülən pullar da qonorarımla bağlı olub. Təxminən 5-6 ay müqavilə əsasında mən Fərhad Əhmədovun işlərini görmüşəm, vaxt sərf etmişəm”.

Prosesdə daha sonra Anass Derrazın istintaqa verdiyi ifadə elan olunub.

Təqsirləndirilən istintaqa ifadəsində deyib ki, Aleksandr Benalla Mərakeş əsilli Fransa vətəndaşıdır: “2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostlarım vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər. Pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim isə bu işdə vəzifəm vəkil tapmaq, yerli nüfuza malik adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşərək müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməyini təmin edək. Müqaviləyə əsasən bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. Qalan pul da görülən işlərə gedəcəkdi. İlkin olaraq hesabıma 200 min dollar göndərildi. Benalla da 400 min dollar aldı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi yardımlarla bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini deyirdi. Mətbuatdan oxuduğuma görə Benalla Rusiyada yaşayan milyarder İsgəndər Mahmudovdan külli miqdarda rüşvət aldığı üçün məsuliyyətə cəlb olunub”.

Təqsirləndirilən şəxs bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olduğundan imtina edilib:

“Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina etdilər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı”.

Hakim deyib ki, növbəti proses oktyabrın 2-də şahidlərin ifadələri ilə davam etdiriləcək. 

İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun  özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib. Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməyini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb. 

F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar  və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur. Qeyd edək ki, DTX tərəfindən Anass Derraza qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq  ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub. Bir müddət əvvəl İnterpol A.Benallanı “Qırmızı bülleten”lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. 

İnterpolun A.Benallanı ən ciddi hüquqi əsas olan “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see363

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see275

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see247

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see239

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see236

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see226

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see201

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see194

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see193

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see181

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see175

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see172

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see165

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see164

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see159

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see151

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri