Icma.az
close
up
RU
“Həmin klinikaların arxasında böyük pullar dayanır”

“Həmin klinikaların arxasında böyük pullar dayanır”

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Düz 44 gündür ki, xalqımızın sağlamlığı üçün bu yolda təkbaşına mücadilə aparıram. Sağ olsun indi rəsmi orqanlar köməyə gəldi. Yaşadıqlarım, çəkdiklərim sizin gözünüzün qarşısında oldu. Heç bir paylaşımım yalan üzərində qurulmadı. Həqiqətləri, olduğu kimi üzə çıxartdım. Lakin bu mücadilə asan deyil”. Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Azərbaycanda fəaliyyət göstərən diplomsuz həkimlərlə bağlı paylaşımlarla gündəmə gələn jurnalist bunları əlavə edib:

“Adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır. Bu pulların gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın (plastik-cərrah Ülviyyə İlyasova -red.) qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib. Məni qınayanlar da az deyil. Bəzən mesaj yerinə yazılan mesajlar, şərhlər məni incidir. Sanki mənə deyil, özlərindən gözlədiklərini etmədikləri üçün məni günahlandırırlar. Bəs bir dəfə də siz irəli gedin, bir saxtakarı ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın”.

İzləyicilərinə müraciət edən Ataşova onlardan yardım istəyib:

“Şəkil göndərir və əmrlə “araşdır” deyirsiniz, amma siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm. Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur. Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm. Başa düşdüm ki, 44 gün əvvəl dünyanın ən xoşbəxt insanı idim. Bunu anlamırdım, çünki bugünkü qədər dərdli deyildim.

Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə işlərimdən şikayət edir: “Ana, niyə yemək bişirmirsən?” deyir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır.

Rica edirəm, qınamaq əvəzinə, siz də bu yolda bir addım atın. Yazıb “niyə filan paylaşım silindi” deyə soruşmayın. Paylaşdım, siz də götürüb öz hesabınızda paylaşın. Hesabımı bağlayanda siz nə edirsiniz? Dəstək olmaq istəyirsinizsə, iş görərək olun, qınayaraq yox”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 12 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see290

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see262

Livitt istefa verdi

13 Avqust 2026 00:16see229

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see224

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see218

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see213

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see202

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see196

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see195

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see185

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see182

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see181

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see175

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see175

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see174

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see168

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see150

Bu yol demək olar hazırdır İlham Əliyev

12 Avqust 2026 01:38see149

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see149

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri