Həmin mühafizəçiyə yekun ittiham elan edildi
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xalq artisti Ağadadaş Ağayevin balta atdığı “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da ibtidai istintaqı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
N.Cəlilova da 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiya həddində 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, insidentə görə cinayət işləri ayrı-ayrılıqda icraata götürülüb. Digər işdə Ağadaş Ağayev müttəhimdir.
Sail Ağasəlim
Baxış sayı:113
Bu xəbər 03 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















