“Həmin oyundan sonra 1 ci liqaya yüksəlmək şansımızı itirdik” ...və böhran başladı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Futbol üzrə ölkə çempionatında 2-ci liqanın 24-cü turunda “Dinamo” evdə aşkar autsayerdlərdən “Göygöl”ə minimal hesabla uduzub. Matçdan öncə 13-cü pillədə qərarlaşan “Göygöl” bu gözlənilməz qələbə sayəsində 11-ci yerə yüksəlib. Yeri gəlmişkən, “Dinamo” ardıcıl 3 turdu qələbə qazana bilmir.
“Dinamo”nun autsayderə məğlubiyyətini necə izah edərdiz? Son uğursuzluqları böhran kimi dəyərləndirmək olarmı? Bu sualları klubun prezidenti Yaşar Seyidova ünvanladıq:
“Şəmkir”lə matçda 6-7 qol epizodumuz oldu. Rəqibin qapıçısı yaxşı oynadı. Oyun “Şəmkir”in 2:0 hesablı qələbəsi ilə başa çatdı. Həmin oyundan sonra 1-ci liqaya yüksəlmək şansımızı itirdik. Komandada eniş yaşandı. Oyunda geriləmə müşahidə olunur. Bu psixoloji durumdan çıxmaq çətindi. Komanda gənc futbolçulardan qurulub. Bir qədər vaxt lazımdı. “Hypers Quba”ya qarşı da yaxşı oyun nümayiş etdirdik. Gənc futbolçulara dayaq ola biləcək oyunçular lazımdı”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















