Icma.az
close
up
RU
Həmin pullar oğlumun idi, ona Masazırdan ev alacaqdım Saleh Novruzinin ifadəsi

Həmin pullar oğlumun idi, ona Masazırdan ev alacaqdım Saleh Novruzinin ifadəsi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsi Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevi 9 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə ifadə verən sabiq direktor Saleh Novruzi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən kabinetində aşkarlanan pulların böyük oğluna məxsus olduğunu bildirib:

"Respublika Sanitariya-Karantin Mərkəzinin direktoru olduğum müddətdə heç kəsdən pul almamışam. Xidməti otağımdakı seyfdə 5, 10, 20 və 50 manatlıq əskinaslardan ibarət, təxminən 2 min manat şəxsi vəsaitim olub. Onları seyfdə saxlamışam. Əl çantamdakı 100 manatlıq əskinaslardan ibarət 30 min manat isə böyük oğluma məxsus idi. Həmin vəsait Masazır qəsəbəsindən almaq istədiyi ev üçün nəzərdə tutulmuşdu. Günortadan sonra ödəniş etməyə gedəcəkdilər. Pulu hadisədən 1-2 gün əvvəl çantama qoyub saxlamışdım".

Saleh Novruzi ilkin istintaqa verdiyi ifadənin məhkəmədə söylədiklərindən fərqli olmasını səhhətindəki problem - yüksək təzyiqi ilə əlaqələndirib.

O, fəaliyyətlərinin mahiyyətindən danışarkən qeyd edib ki, Respublika Sanitariya-Karantin Mərkəzi respublikaya idxal olunan qeyri-ərzaq məhsullarına gigiyenik sertifikatların verilməsini təmin edib. Sertifikatlar yalnız laborator müayinələr nəticəsində məhsulların təhlükəsizliyi təsdiqləndikdən sonra təqdim olunub:

"Müraciət edən hüquqi və fiziki şəxslər məhsul nümunəsi və sənədlərlə birlikdə Mərkəzin qəbul otağına gəlirdilər. Sənədlər yoxlandıqdan sonra nümunələr laboratoriyaya göndərilirdi. Məhsul növünə görə Mərkəzin bank hesabına dövlət rüsumu – 25 manatdan 300 manata qədər – ödənilirdi. Bu məbləğlər heç vaxt nağd şəkildə, əlbəəl qəbul edilə bilməzdi. Ödəniş yalnız banka təqdim olunan sənəd əsasında həyata keçirilirdi. Sonra komissiya müraciətə baxırdı. Komissiyanın sədri mən olmuşam, digər altı nəfər isə şöbə müdirləri idi. Biz sertifikatların verilib-verilməməsinə dair qərar qəbul edirdik".

Qeyd edək ki, ötən ilin aprel ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mərkəzin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

İlkin sübutlara əsasən, onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndiriliblər.

Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri