Icma.az
close
up
RU
“Sabah” Masazırdan Avropaya qanadlanıb

“Sabah” Masazırdan Avropaya qanadlanıb

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Avrokubok təmsilçilərimizə xoş sabahlar arzulayırıq

Yeni mövsümdə rəsmi beynəlxalq meydanda Azərbaycan klub futbolunu təmsil edəcək komandalara xeyir-dua vermək vaxtı çatıb. Bu dəfə çətin və şərəfli sınaqlar yoluna “Sabah”- la başlayırıq. Sonuncu Azərbaycan kuboku yarışının qalibi UEFA Avropa Liqası turnirinin 1-ci təsnifat mərhələsinin start görüşündə meydana çıxmağa hazırdır. Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da Abşeron futbolçularının rəqibi Sloveniyanın Çelye şəhərinin eyniadlı komandasıdır. Qazaxıstanlı hakimlər briqadasının idarə edəcəyi oyunda topa ilk zərbə bu gün saat 20-də endiriləcək.

Növbəti Azərbaycan milli çempionatına və Avroliqa turnirinə yeni baş məşqçi litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi ilə hazırlaşan “Sabah” doğma azarkeşlər qarşısında oynamasına baxmayaraq, kifayət qədər kəskin mübarizə ərəfəsindədir. Onun rəqibi Sloveniya klub futbolunun ən güclü nümayəndələrindən biri olduğunu ötən mövsümdə inamla sübuta yetirib, Konfrans Liqası turnirində dörddəbir finaladək irəliləməyi bacarmışdı. Bu, az iş deyil.

İndi isə Avropa Liqası turnirinin startında hər iki komandanı və onların pərəstişkarlarını Bakıda da, Çelyedə də maraqlı mübarizə vəd edən görüşlər gözləyir. Çətin rəqabətdən qalib ayrılıb, 2-ci təsnifat mərhələsində döyüşmək hüququ qazanmaq üçün paytaxt klubu istər bu axşam hər qarışına yaxşı bələd olduğu meydanda, istərsə də bir həftədən sonra səfərdə keçirəcəyi və bu dəfə ədaləti bolqarıstanlı hakimin qoruyacağı cavab görüşündə rəqibindən üstün futbol nümayiş etdirməlidir.

Elə Avroliqa matçları ərəfəsində Avstriyada təlim-məşq toplanışı, bu ölkədə Rumıniya, Macarıstan klubları ilə yoxlama görüşləri də Sloveniya təmsilçisi ilə rəsmi oyunlara daha yaxşı hazırlaşmaq məqsədinə xidmət edib. “Sabah”ın toplanışdan nə dərəcədə fayda götürdüyünü qarşıdakı həftədə biləcəyik.

Azərbaycan kubokunun sahibi Avropa Liqası turnirinə uğurla başlasa, bu, iyulun sonuncu ongünlüyündə digər iki turnurdə mübarizəyə qoşulacaq komandalarımıza da əlavə güc verər.

Konfrans Liqası yarışlarında ötən milli çempionatımızın gümüş mükafatçısı “Zirə”nin Xorvatiyanın yaxşı futbol ənənələri olan Split şəhərinin “Hayduk” klubu ilə 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyunu iyulun 23-nə təyin edilib. Rəqiblər “Neftçi Arena”da üz-üzə gələcəklər. Xorvatiyada cavab matçı isə iyulun sonuncu günü keçiriləcəkdir.

Maraqlıdır ki, püşk bir il əvvəl də Rəşad Sadıqovun komandasına Xorvatiya futbolu nümayəndəsini rəqib seçmişdi. Onda “Zirə” futbolçuları 3-cü mərhələdə “Osiyek” səddini 1 qələbə və 1 heç-heçə ilə keçib, pley-off mərhələsinə yüksəlməyi bacarmışdılar. Görək “Hayduk”la necə olacaq.

Tarixində ilk dəfə Azərbaycan milli çempionatının mükafatçısı kimi təbrikləri qəbul etmiş “Araz Naxçıvan” da bürünc medalları təsadüfən qazanmayıb. Komanda ötən mövsümdə əzmkar və məhsuldar oyunu ilə yüksək iddialarla yaşadığını təsdiq etdi. İndi isə daha geniş miqyasda uğur qazanmaq, Konfrans Liqasında da fərqlənmək vaxtıdır. Hərçənd Elmar Baxşıyevin futbolçularının rəqibi Yunanıstanın zəngin təcrübəli “Aris” komandasıdır. Bu klubların da oyunları iyulun sonuncu həftəsinə təsadüf edəcək. Rəqiblər əvvəlcə Bakıda, sonra da yunanların meydanında qarşılaşacaqlar.

Çempionlar Liqası turnirinin 2-ci təsnifat mərhələsində isə azarkeşlərimizin həyəcanı daha da artacaq. Azərbaycan klub futbolunun şəriksiz lideri, avrokubok yarışlarında qrup mərhələsinin daimi iştirakçısı Ağdamın “Qarabağ” komandasının rəqibinin bu mərhələdə “Şelburn” (İrlandiya)—“Linfild” (Şimali İrlandiya) cütünün qalibi olacağı iyunun 18-də İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində məlum olmuşdur. Təmsilçimizin onlardan məhz hansı ilə görüşəcəyi isə bu komandalar arasında 1-ci təsnifat mərhələsi oyunlarında müəyyənləşəcək. Yəqin ki, “Qarabağ” üçün təxminən eyni səviyyəli bu iki klubdan hansının rəqib olacağının elə bil fərqi yoxdur. Azərbaycan çempionu onların hər birindən üstün olub, 3-cü mərhələdə yoluna davam etməyə daha çox ümid edə bilər. Ancaq heç cür arxayınlaşmaq da olmaz.

Dəfələrlə ağır sınaqlardan çıxmış “Qarabağ” iyulun 22-də və 29-da baş tutacaq görüşlərdən sonra 3-cü mərhələyə vəsiqənin sevincini yaşamaq üçün qarşıdakı oyunlara tam hazırlıqla başlamaq əzmindədir. Bu günlərdə Avstriyanın qonağı olan Qurban Qurbanovun komandasının həmin ölkədə keçirdiyi təlim-məşq toplanışı və yoxlama görüşlərinin öz bəhrəsini verəcəyinə inamımız böyükdür.

Növbəti avrokubok sınaqları ilə bağlı builki ilk qeydlərimizi yekunlaşdıraq. “Qarabağ”, “Zirə” və “Araz Naxçıvan”ın hazırlığı davam etdirmək üçün hələ 2 həftə vaxtları var. “Sabah” isə artıq bu axşam “Çelye” ilə “münasibətləri aydınlaşdırmağa” başlayacaq.

Bütün 4 klubumuza çətin sınaqlardan şöhrətə aparan yolda inamlı start, uğurlu finiş və xoş sabahlar arzusu ilə:

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see458

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see406

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see294

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see270

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see259

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see253

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see245

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see230

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see207

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see202

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see196

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see195

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see189

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see188

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see188

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see186

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see181

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see180

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see171

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri