Icma.az
close
up
RU
Həmin şeirdə kiçik düzəliş “Stalin” əvəzinə “Atatürk”

Həmin şeirdə kiçik düzəliş “Stalin” əvəzinə “Atatürk”

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

O gün yazıçı dostum, 35-40 ildir oxucusu olduğum Əlabbas sosial şəbəkədə bir dostunun Türkiyədən göndərdiyi "Atatürk" şerini paylaşmışdı. Paylaşımda ən maraqlı məqam o idi ki, Türkiyədə çıxan “Tan” dərgisində dərc olunmuş həmin şeirin altında Mikayıl Müşviq imzası vardı və göstərilirdi ki, böyük şairimiz bu şeiri 1936-cı ilin fevralında yazıb.
Şeir belə başlayırdı:
“Könlüm əmr eylədi, mən qulaq asdım,
Bu şeiri, ey dahi, eşqinlə yazdım.
Eşqin olmasaydı, cəbhə boyunca,
Bu söz ordusunu sıralamazdım”.
Elə ilk misradaca Mikayıl Müşviq üslubu hiss olunurdu. Amma yenə də şeirin davamına diqqət etmək lazım idi.
“Onun hər bəndinə izn almadan
Saysız millətlərin möhrünü basdım”.
Burada söhbət bir az dolaşırdı. Çünki Türkiyədə heç də saysız millətlər yaşamır, saya gələn qədər yaşayır. Dördüncü bənd də maraqlıydı:
“Sənət vadisində, elə bilməyin,
Yolumu itirdim, yolumu azdım”.
Hərçənd öz ölkəsinin xarizmatik liderini qoyub, başqa bir ölkənin, özü də SSRİ-yə dost sayılmayan dövlətin rəhbərinə şeir yazmaq bir balaca yolunu azmaq anlamına gəlirdi.
Şair beşinci bənddə bu şeiri yazmasının məramını belə izah edir:
“Bu şeiri yazmaqla əsrlər boyu
Dağlara, daşlara adımı yazdım”.
Adam şübhələnir ki, bəlkə şairi elə bu kimi misralarına görə repressiya ediblər və adının nəinki dağlara, hətta adi daşa yazılmasını belə ona çox görüblər.
Nəhayət, sonuncu misra gəlirdi:
“Ey ulu Atatürk, dikdim səninlə
Şanlı abidəni söz vətənində”.
Yazıçı Əlabbasın bu paylaşımına rəy bildirən söz adamları, şairlər, poeziyasevərlər etiraf edirdilər ki, bəli, şeirdə Müşviq ruhu, Müşviq stili var. Amma yenə də şübhə qalırdı ki, on minlərlə adamı güllələtmiş Yaqodanı əvəz edən, son 50 ildə Rusiyada bütün rəhbərlərin məhv etdiyindən daha çox adamı bir ilin içində güllələdən “qanlı cırtdan”ın – Yejovun dövründə belə şey yazmaq olardımı? Əl-əlbət bu işin içində bir iş vardı.
Dünən məlum olub ki, şeir doğrudan da Müşviqə məxsusdur, amma o, bunu Atatürkə yox, Stalinə yazıb.
Heç demə, şeiri Türkiyə ilə gediş-gəlişin yeni-yeni açıldığı vaxtlarda şair-tərcüməçi Rəfiq Zəka Xəndan kiçik bir düzəlişlə və Türkiyədə danışılan türkcəyə uyğunlaşdırmaqla “Tan” jurnalında nəşr etdirib. Həmin kiçik düzəliş isə “Ey ulu Stalin” ifadəsini “Ey ulu Atatürk” etməkdən ibarət olub.
Rəfiq müəllimin belə etməkdə məqsədi, çox güman ki, Azərbaycanla Türkiyənin arasında qardaşlıq tellərini möhkəmlətmək, bir az da öz yerini şirin salmaq olub. Bu, heç.
Ancaq orası maraqlıdır ki, Müşviq bu şeiri niyə yazıb? Axı biz onu “dissident şair”, “azadlıqsevər nəğməkar” kimi tanıyırıq. Necə olub ki, “Yenə o bağ olaydı” kimi şedevrin müəllifi belə bir şeir yazıb və propoqondistlik edib.
Bunun iki səbəbi olar bilər: 1. Şair Stalinin böyüklüyünə, ölkədə gedən tikinti-quruculuq işlərinin vüsət almasına ürəkdən inanıb, alternativ məlumatların (kütləvi aclıq, tüğyan edən repressiya) olmadığı dövrdə rəsmi təbliğata uyub; 2. Şair hiss edib ki, onun ayağının altını qazan, torbasını tikənlər var və bu şeirlə NKVD-ni neytrallaşdırmağa çalışıb.
Hər ikisi ola bilər. Çünki o dövrdə bu kimi şeirlər yaza-yaza başının salamatlığını qoruyan, sonra yaxşı vəzifələr tutan, deputat seçilən, orden alan şairlərimiz olub.
Bu baxımdan güman etmək olar ki, əgər ulu Stalinin repressiyasından Səməd Vurğun və Süleyman Rüstəm yox, Müşviq sağ çıxsaydı, biz indi birinciləri “dissident şair” hesab edər, Müşviqin isə “Yenə o bağ olaydı”sini əzbərləməzdik ki, rejimi vəsf edib, şair dostlarının başını yeyib.
İndi görün, ötən əsrin 30-cu illərinin mühiti nə qədər qaramsar, necə antibəşəri olub. Rəhbəri bu cür vəsf edən şairi də güllələyiblərsə, demək, hamının həyatı tükdən asılı imiş.
Deyilənə görə, əslində Səməd Vurğunu da güllələyəcəkmişlər, sadəcə, Stalin bir dəfə onun adını çəkib, Bağırovdan soruşub ki, o qara Səməd necədir, ondan sonra ona dəyməyiblər. Üzeyir Hacıbəyovu isə Moskvada keçirilən “Azərbaycan ongünlüyü” tədbirində Stalinə “Leyli və Məcnun”un müəllifi kimi təqdim olunması xilas edib. Stalin xatırlayıb ki, 1914-cü ildə jandarmlar onu Bayıl tərəfdə təqib edərkən qaçıb özünü filarmoniyaya salıb, həmin vaxt orada “Leyli və Məcnun” operası gedirmiş, o da musiqinin sədaları altına yuxuya gedib, jandarmlar onu tapa bilməyiblər, beləliklə, həyatı xilas olub. Bu söhbətdən sonra Stalinin xilaskarına toxunan olmayıb.
Müşviqin bu şeirini tərcümə edib Stalinə çatdıran olsaydı, o da gənc yaşda həyatını itirməzdi.
Samir Sarı
Yeni Musavat
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri