Icma.az
close
up
RU
Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri

Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədəbiyyatımızın ən incə və ən müqəddəs mövzularından biri Ana obrazıdır. Ana həm həyatın başlanğıcı, həm də övlad üçün müqəddəs dayaqlardan biri kimi həmişə yazıçı və şairlərin diqqət mərkəzində olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən Səməd Vurğuna qədər saysız sənətkarlar bu mövzunu poetik gücü ilə işləyiblər. Müasir poeziyamızın istedadlı nümayəndələrindən olan Zaur Ustacın "Anam" şeiri də bu baxımdan diqqətçəkən və təsirlidir.

Bu şeirdəki poetik çalarlar adi bir duyğunun ifadəsi deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır. Ana yalnız bioloji mənada övlad dünyaya gətirən varlıq deyil, həm də dünyanı övladına sevdirən, onu sirli-sehrli həyatın (yaşamın) ecazkar məna çalarları ilə tanış edən, balasına keçmişi və gələcəyi anladan böyük müəllimdir. Şair "palaz" və "gəbə" metaforaları ilə ananın övlad üçün yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan xalqının məişətindən, adət-ənənəsindən gələn məna qatları var. Çünki xalça, palaz, gəbə - həm evin istiliyini, həm də həyatın bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi övladının ayağı altına sərən müqəddəs varlıq kimi təqdim olunur:

Adına palaz deyib,

Atdı ayağımızın altına dünyanı...

Adına gəbə deyib,

Asdı gözümüzün qabağına dünyanı...

Ata sözünü öz dilində çatdırdı bizə Anam.

Buradakı sonuncu misra həm milli dəyərlərin, həm də mənəvi irsin qorunmasında ananın rolunu açır. Əslində ata ocağının da, ana dilinin də övlad şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici olur:

Ata sözünü cejimlərə toxuyub,

Xurcunlara doldurdu Anam,

Övladlara sovqat olsun deyə...

İlmə-ilmə, fərş-fərş, xalı-xalı

Gözümüzün önünə sərdiyi dünyanın

İpliyi, yunu olduğunu anlatdı Anam.

Zaur Ustacın "Anam" şeiri yalnız fərdi hisslərin təzahürü deyil, həm də kollektiv yaddaşın poetik inikasıdır.

Burada Ana obrazı təkcə şairin anası deyil, bütövlükdə Azərbaycan qadınının simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını görə bilir, öz həyat yolunda aldığı sevgi və qayğını xatırlayır:

Ərşi ərişlərə köçürdü,

Zəmini bükdü dükcələrə...

İpin ucunu biləyimizə bağladı,

Kələfin ucunu itirməyək deyə.

Bir nişanı min dəfə kirkidlədi,

Qulağımızda sırğa olsun deyə,

Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam...

Simgə-simgə, damğa-damğa

Anamın arğacından keçdi dünya.

Maraqlıdır ki, şeirin bədii yükü sadə sözlər üzərində qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu da şairin poetik gücündən xəbər verir. Sadə məişət sözləri - palaz, gəbə, naxış - yüksək poetik assosiasiyaya çevrilir. Beləcə, şair oxucunu gündəlik həyatın içində gizlənən əbədiyyətə bağlayır:

Sirli tarixim yatır

Anamın hər ilməsində,

Hər naxışında,

Hər palazında,

Hər gəbəsində...

Nəticə olaraq demək olar ki, "Anam" şeiri həm milli, həm də bəşəri dəyərlərin poeziyada maraqlı təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə ailənin mərkəzi kimi deyil, həm də xalqın yaddaşı, sözün qoruyucusu, mənəvi varislik simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız poetik əsər deyil, həm də publisistik gücə malik bir çağırışdır: ananı sevmək, onu ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq çağırışı.

Zaur Ustacın "Anam" şeiri əsas türk dillərinin əksəriyyətinə uyğunlaşdırılmaqla yanaşı, alman,  ingilis, ispan, fransız, rus və digər əcnəbi dillərə də tərcümə olunaraq yayımlanıb.

Günnur AĞAYEVA,

Ədəbiyyatşünas-tənqidçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:461
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri