Icma.az
close
up
RU
“Həmin tarixi məkanda olmaq xüsusi mənəvi dəyər daşıyır”

“Həmin tarixi məkanda olmaq xüsusi mənəvi dəyər daşıyır”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu il həm Azərbaycanda, həm də qardaş türk dövlətlərində Birinci Türkoloji Qurultayın 100 illiyi təntənəli surətdə qeyd olunur. Bu il biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın - ortaq mədəniyyət və mənəvi birlik ideyasının birəsrlik tarixini qeyd edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, 1926-cı ildə Bakıda bir masa ətrafında toplaşan görkəmli ziyalılar və alimlər gələcəyə böyük ümidlə baxırdılar: “Yəqin ki, onlar da düşünürdülər: görəsən, yüz il sonra bu ideyalar yaşayacaqmı? Bu gün onlara cavabımız aydındır: bu ideya sadəcə yaşamadı, böyüdü, möhkəmləndi və ilk dəfədir ki, bu qədər geniş coğrafiyanı, bu qədər fərqli səsi ortaq mənəvi dəyərlər ətrafında birləşdirdi.

Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin növbəti təzahürüdür.

“Türk Dünyası Həftəsi” çərçivəsində 20 ölkədən 126 alim, tədqiqatçı və mədəniyyət nümayəndəsi Bakıda bir araya gəlib. İnanırıq ki, bu görüşlər yeni elmi əlaqələrin, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına töhfə verəcək”.

Nazir qeyd edib ki, sabah birlikdə Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi İsmailiyyə binasında toplaşılacaq: “Məhz həmin binada Türk dünyasının ortaq elmi düşüncəsinə istiqamət verən qərarlar qəbul olunmuş, gələcəyə hesablanmış böyük ideyalar səsləndirilmişdi. İnanırıq ki, həmin tarixi məkanda olmaq hər birimiz üçün xüsusi mənəvi dəyər daşıyır.

Tədbirlərimiz Qarabağda, Şuşa, Xankənkəndi və Ağdam şəhərlərində davam edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə türk dünyasının həmrəylik ruhunu ifadə edir. Əminəm ki, bu səfər hər birinizdə unudulmaz təəssüratlar yaradacaq.

Birinci Türkoloji Qurultayın 100 illiyi keçmişə ehtiramın və gələcəyə inamın ifadəsidir. Yüz il əvvəl Bakıda təməli qoyulan birlik ideyası bu gün də türk dünyasını birləşdirir. Möhtərəm Prezident cənab İlham Əliyevin bu tədbirin şüarına çevrilmiş dəyərli ifadəsi var: “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”.

Bu gün həmin sözlərin ən canlı təcəssümünü bu məkanda görürük. Ailə bir araya gəlib. Fərqli ölkələrdən, fərqli şəhərlərdən gəlsək də, bizi birləşdirən ortaq tariximiz, ortaq yaddaşımız və ortaq dəyərlərimizdir. İnanırıq ki, bu qurultay türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq”.

Adil Kərimli sonda Birinci Türkolojı Qurultayın 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə göstərdiyi xüsusi diqqət və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri