Həmişə şəbəkədən ayırmaq lazım olan 4 mətbəx cihazı
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bir çox insan hesab edir ki, söndürülmüş mətbəx cihazı artıq heç bir təhlükə yaratmır və elektrik sərf etmir. Lakin elektrik təhlükəsizliyi üzrə ekspertlər xəbərdarlıq edirlər: bəzi qurğular gözləmə rejimində belə potensial risk daşıya bilər.
Demokrat.az xəbər verir ki, bu barədə elektrik ustası Mark Halberq və məişət texnikasının aşınması üzrə mütəxəssis Stiv Klemente Marthastewart.com resursuna açıqlama veriblər.
Onların sözlərinə görə, problem təkcə “gözləmə rejimində enerji sərfiyyatı” deyil, həm də detalların aşınması, həddindən artıq qızma və gərginlik sıçrayışı riskidir. Bunlar həm cihazın xarab olmasına, həm də yanğın təhlükəsinə səbəb ola bilər.
1. Toster
Tosterlər içəridə yığılan çörək qırıntıları və yüksək temperaturda işləyən qızdırıcı elementlər səbəbilə risk yarada bilər. Ekspertlərin bildirdiyinə görə, cihaz mütəmadi təmizlənmədikdə qalıqlar alışma mənbəyinə çevrilə bilər. Bundan əlavə, zamanla taymer və ya termostat nasazlığı yaranaraq cihaz nəzarətsiz halda da qızmaya bilər.
2. Qəhvə hazırlayan aparat
Bir çox qəhvə aparatları hətta “söndürülmüş” vəziyyətdə belə saat, taymer və gözləmə rejimi səbəbilə elektrik sərf edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, gərginlik sıçrayışı həm cihazın özünü, həm də yaxınlıqdakı rozetka və digər avadanlıqları zədələyə bilər.
3. Aeroqril
Populyarlaşan aeroqril güclü qızdırıcı elementlərə və həssas elektron sistemlərə malikdir. İçəridə yağ və qırıntıların toplanması xüsusilə gərginlik dəyişiklikləri zamanı qısaqapanma və ya həddindən artıq qızma riskini artırır.
4. Masaüstü soba
Kiçik masaüstü sobalar yüksək temperaturda işləyir və daxili komponentlər daha tez köhnəlir. Ekspertlər qeyd edirlər ki, elektrik naqillərində və ya qızdırıcı elementlərdə yaranan nasazlıqlar cihaz gözləmə rejimində olsa belə qızmaya səbəb ola bilər. Buna görə də onu tamamilə şəbəkədən ayırmaq tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu cihazların istifadədən sonra rozetkadan çıxarılması yanğın riskini azaldır, texnikanın xidmət müddətini artırır və əlavə enerji sərfini önləyir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Ən təhlükəli 4 mətbəx cihazı
21 Yanvar 2026 13:51
“Sosial şəbəkədən 25 30 manat qazanıram
19 Mart 2025 11:12
Uşaqlara sosial şəbəkədən istifadə qadağan olunacaq
11 İyun 2025 14:49
İnternet xidməti çökdü Qlobal şəbəkədən açıqlama
18 Noyabr 2025 18:56
Uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət qoyulmalıdır?
24 Aprel 2026 14:22
Baxış sayı:136
Bu xəbər 24 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları