Icma.az
close
up
RU
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK- in qaynar xəttinin belə işləmədiyini bildiriblər. Eyni zamanda “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər. AHİK- in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniliklər olacağına ümid edirdik. Ancaq heç bir nəticə yoxdur. İşlər əvvəlki qaydada davam etməkdədir. Həmkarlar İttifaqları il ərzində böyük məbləğdə pul toplayır, amma pullar insanların istirahəti üçün xərclənmir.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, hələ 1998-1999-cu illər ərzində Təhsil Nazirliyi yanında tələbə şurasının sədri olduqda, bu məsələni qaldırıb:
“Bu məsələni hələ o zaman qaldırmışam. Nə haqla bizim tələbə təqaüdümüzdən Həmkarlar İttifaqına üzvlük haqqı tuturlar. Halbuki heç bir tələbə ora üzv olmaq haqqında ərizə verməyib. Həmkarlar İttifaqı haqqında qanun var. Hətta Konstitusiyada bu yazılıb ki, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Könüllü o deməkdir ki, mən gərək ərizə yazım ki, sən mənim maaşımdan, yaxud stipendiyamdan üzvlük haqqı tutasan və mən istənilən anda da ordan çıxa bilərəm. Amma təəssüf ki, dövlət qurumlarında tələbələri, müəllimləri zorla üzv ediblər. Zorla maaşlarından tuturlar. Bu özü qanunsuzdur. Kiminsə üzvlük haqqında ərizəsi yoxdursa, bu dəqiqə məhkəməyə versə, bütün illər ərzində ondan tutulan məbləği geri tələb edə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır:
“Qanuna görə Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır. Amma bizdə bunu məcburi bir hala çeviriblər. Təbii siz soruşsanız, niyə məni yox, digərini sanatoriyaya göndərirsən? Deyəcəklər ki, bizim belə bir öhdəliyimiz yoxdur. Öhdəlikləri doğrudan yoxdur. Ona görə o, vətəndaşlar narazıdır. Burada yumşaq variant odur ki, ərizə yazsınlar ki, mənim maaşımdan, tələbə stipendiyamdan tutmayın, ümumiyyətlə çıxıram ittifaqdan. Ən sərt addım isə məhkəməyə müraciət edib pullarını geri istəməkdir”.
Gununsesi.info -ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı uzun illərdir təhsil sistemində fəaliyyət göstərən müəllimlərin, məktəb direktorlarının və digər pedaqoji heyətin maaşından aylıq tutulmalar həyata keçirərək yüz minlərlə manat vəsait toplayır:
“Bu vəsaitin istifadəsi ilə bağlı ictimai hesabatlılıq isə yoxdur. Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən, həmkarlar ittifaqına üzvlük könüllüdür. Lakin faktiki vəziyyət göstərir ki, xüsusən dövlət məktəblərində bu proses könüllü deyil, avtomatik və məcburidir. İşə yeni qəbul olunan müəllimlərin əksəriyyəti bu tutulmanın hansı əsasla aparıldığını belə bilmir. Onların maaşından aylıq olaraq təxminən 1% tutulur, bu isə illik hesabla təhsil işçilərinin cibindən milyonlarla manatın çıxması deməkdir.
Bu vəsaitlərin nəyə xərcləndiyi, hansı müəllimlərin hansı xidmətlərdən yararlandığı, hansı meyarla göndərişlərin və yardımların edildiyi haqda şəffaf məlumat yoxdur. AHİK və onun nəzdində fəaliyyət göstərən Təhsil Həmkarlar İttifaqı məktəblərdə fəaliyyətini daha çox kağız üzərində aparır. Müraciət edən müəllimlərin əksəriyyəti bildirir ki, onların “online” və ya fiziki müraciətləri cavabsız qalır, telefon xətti işləmədiyi üçün əlaqə qurmaq mümkün olmur. Sanatoriya, istirahət mərkəzi, maddi yardım və sosial dəstək yalnız müəyyən şəxslərə verilir, adətən bu siyahıların necə tərtib olunduğu açıqlanmır”.
Kamran Əsədov bildirir ki, Həmkarlar ittifaqı müəllimin deyil, rəhbərin marağını qoruyur:
“Əmək Məcəlləsinin 299-cu maddəsi açıq şəkildə bildirir ki, kollektiv müqavilələrin tərtibində həmkarlar ittifaqı əsas tərəf kimi çıxış etməlidir. Lakin Azərbaycanda məktəblərin böyük əksəriyyətində bu müqavilələr mövcud deyil, olanlar isə formal xarakter daşıyır. Nəticədə müəllim iş şəraiti, əmək mühiti, dərs yükü və hətta psixoloji təhlükəsizlik məsələlərində tək qalır. Həmkarlar ittifaqı nə onu müdafiə edir, nə də rəhbərlik qarşısında real təzyiq mexanizminə malikdir. Əksinə, məktəb rəhbərliyi ilə ittifaq bir mərkəzdən idarə olunur və çox zaman müəllimin deyil, rəhbərin marağını qoruyur”.
Təhsil eksperti 2023- cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğunu bildirib:
“Əməkhaqqı aşağı olan, sosial təminat yükü çox olan, sertifikasiya və digər imtahan təzyiqlərinə məruz qalan müəllimlərin gözləntisi isə konkret və şəffaf dəstəkdir. Lakin bu gözlənti uzun illərdir boşa çıxır. Məsələn, 2023-cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğu bildirilir. Bu rəqəmə əsasən, illik üzvlük haqlarından milyonlarla manat vəsait yığılır. Amma həmin vəsaitin neçə faizi müəllimlərin sosial ehtiyaclarına yönəlir, neçə faizi sanatoriyaya göndərişlərə xərclənir, neçə nəfər bu yardımlardan faydalanıb – bu suallar açıq qalır”.
Kamran Əsədov qeyd edir ki, dünyada həmkarlar ittifaqları müəllimin söz sahibinə çevrilməsinin əsas təminatçısıdır:
“Finlandiyada müəllim həmkarlar ittifaqlarının təsiri ilə dərs yükünü, kurikulum dəyişikliklərini, əmək şəraitini birbaşa müzakirə edir. İsveçdə müəllim həmkarlar ittifaqı maaş artımı və pensiya təminatında əsas tərəfdir. ABŞ-də müəllimlər həmkarlar ittifaqı vasitəsilə hüquqi yardım alır, tətil edir, məktəb rəhbərlərinin səlahiyyətləri ilə bağlı razılaşmalarda iştirak edir. Hətta bəzi ştatlarda məktəb direktorları müəllim ittifaqlarının razılığı olmadan struktur dəyişiklikləri edə bilməz.
Azərbaycanda isə həmkarlar ittifaqı müəllimə “bayramda konsertə bilet”, “Yeni ildə paket” prinsipi ilə yanaşır. Təhsil işçisinin real ehtiyacları – dərs yükü, psixoloji dəstək, əlavə işin qarşılığı, hüquqi yardım, sosial müdafiə – bu qurumların gündəmində yoxdur. Rəhbərlik isə uzun illərdir dəyişmir, yeni təfəkkürə malik şəxslərin bu sistemə daxil olması əngəllənir. Bu səbəbdən də müəllimlərin böyük əksəriyyəti həmkarlar ittifaqını formal qurum kimi qəbul edir və onun varlığını hiss etmir”.
Təhsil eksperti vurğulayır ki, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq:
“Əgər dəyişiklik baş verməzsə, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq – müstəqil birliklər qurmaq, kütləvi şəkildə üzvlükdən imtina etmək və sosial şəbəkələrdə təşkilatlanmaq ehtimalı artacaq. Bu isə həm hüquqi, həm də sosial baxımdan böhrana səbəb ola bilər. Təhsil həmkarlar ittifaqı dərhal islahata başlamalı, şəffaf hesabatlılıq təmin olunmalı, idarəetməyə gənc müəllimlər cəlb olunmalı, üzvlük mexanizmi könüllü əsasda yenidən qurulmalıdır. Müəllim – bu ölkənin təməl sütunudur. O, maaşından tutulmuş vəsaitin qarşılığında susqunluq deyil, dəstək gözləyir. Əgər bu dəstək real şəkildə təmin olunmasa, həmkarlar ittifaqı təhsil sistemində etibarını tamamilə itirəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyul 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see286

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see258

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see214

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see191

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see191

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see183

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see180

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri